Fəthullah Gülənin müsahibəsi “Twitter”də ən çox paylaşılan xəbər oldu
Fəthullah Gülən Xocaəfəndinin Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetində dərc olunan iki müsahibəsi ötən il Tvitter sosial şəbəkəsində rekord vurdu. Darmstadt Texniki Universitetinin Almaniyada sosial mediada ən çox paylaşılan mövzular haqqında apardığı bir araşdırmada FAZ qəzetinin Güləndən aldığı iki müsahibə ötən il öz səhifəsində ən çox paylaşılan xəbəri olduğunu açıqladı. Sözügedən müsahibələrdən birincisi 9 noyabrda, digəri isə 6 dekabrda dərc olunmuşdu.
Maraqlananlar həmin müsahibəni aşağıdakı linkdən və “Yənbu” nəşriyyatında çap olunan “Vicdanın səsi” kitabından oxuya bilər. Qeyd etməliyik ki, bu müsahibə saytımızda da ən çox oxunan yazılardan biridir.
- tarixində yaradılmışdır.