Fətullah Gülən açıqlama verib

O, ilk dəfə siyasətdən və Türkiyəyə dönməkdən danışıb

Türkiyənin tanınmış şəxslərindən olan və hazırda ABŞ-da mühacirət həyatı yaşayan Fətullah Gülən, dünyanın ən nüfuzlu nəşrlərindən olan "Foreign Policy"yə Türkiyəyə dönüşü və siyasətlə bağlı ilk dəfə açıqlama verib.

Xatırladaq ki, sözügedən nəşrin düzənlədiyi "Yaşayan Ən Böyük 100 İntellekt" anketinde Fətullah Gülən birinci olmuşdu. Nəşrin "siyasi məqsədiniz varmı" sualına Fətullah Gülən, "Heç bir siyasi amacım yoxdu. Tək amacım Allahın rızasını qazanmaq və Onu insanların doğru bilməsi və sevməsidir" cavabını verib. Fətullah Gülən, Türkiyəyə dönmək istəyib-istəməməsi ilə bağlı suala isə "ölkəmə dönməyi arzulayıram. Dostlarım oradadır. Bununla birlikdə öz qismətimə təslim oldum və Allahın verəcəyi hər hökmə razıyam" cavabını verib. Xatırladaq ki, bir neçə ay öncə Türkiyə hökuməti Fətullah Gülənin ölkəyə qayıda bilməsi üçün ortada olan əngəli aradan qaldırıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.