Fətullah Gülən Suriyadakı qətliamlardan danışdı

Dünən Türkiyə Qəzetçilər və Yazarlar Vəqfinin verdiyi iftar yeməyində qurumun fəxri prezidenti Fətullah Gülənin yaşadığı ABŞ-dan göndərdiyi mesaj oxunub.

Lent.az-ın məlumatına görə, son aylarda Somalidə yaşanan insanlıq faciəsinə və Suriyadakı qırğınlara toxunan Fətullah Gülən deyib ki, Türk xalqının Afrikaya köməklik göstərməsi təqdirəlayiqdir.

Somalidə ölən hər uşağın ürəkləri dağladığını yazan Gülən Türk xalqının o uşaqlara yardım göndərməsinin insanlığın hələ ölmədiyini sübut etdiyini qeyd edib. Xatırladaq ki, Türk xalqı artıq Somaliyə 16 milyon dollar məbləğində pul yardımı göstərib.

Suriyada qırğınlarla bağlı da mesaj verən Fətullah Gülən burada axan dayandırılması və problemin sülh yolu həll edilməsini arzulayıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.