Fətullah Gülənin vəkilləri malikanə məsələsinə aydınlıq gətirdilər
Fətullah Gülənin malikanə məsələsinə aydınlıq gətirilib. Lent. az-ın məlumatına görə, onun vəkilləri tərəfindfən verilən açıqlamada qeyd olunur ki, Gülənin Pensilvaniya ştatının Saylsburq qəsəbəsində yaşadığı və bəzi saytlarda “malikanə” adlandırılan bina “Golden Generation Worship & Retreat Center” adlı quruma məxsus sosial fəaliyyət və ibadət mərkəzidir.
Açıqlamada o da qeyd olunur ki, Gülən yalnız bu binanın bir otağı və salonundan istifadə edir. Salonda qonaqları qəbul edir. Bunun əvəzində isə F.Gülənin vəqfə ianə verdiyi də açıqlamaya əlavə olunub. Vəqfin rəhbəri Bəkir Aksoy bildirib ki, malikanənin yerləşdiyi ərazi 1993-cü ildə Nyu-York, Pensilvaniya və Nyu-Cersi ştatlarının sakinlərinə xidmət üçün satın alınıb. Binanın heç bir gəlir məqsədi güdmədən xidmət etdiyi də açıqlamada qeyd olunub.
B. Aksoyun sözlərinə görə, F. Gülən heç bir xeyr güdmədən xidmət edən “Altın Nəsil Vəqfi”nə məxsus binanın kiçik bir hissəsində qalır və buna görə hər ay ianə ödəyir. Eyni zamanda bildirib ki, bina 2012-ci ildə istifadəyə verilib.
Qeyd edək ki, Fətullah Gülənin vəkili Nurullah Albayrak dini liderin ömrü boyu heç bir daşınmaz əmlakı olmadığını söyləyib. O, həmçinin Hoca əfəndinin çap olunan əsərlərindən gələn qonorarı yalnız yaşayış xərclərinə bəs edəcək hissəsini götürdüyünü deyib. “O, 72 yaşındadır və bütün həyatı insanların gözü önündədir. Yaşadığı binadan az hallarda, daha çox səhhəti ilə bağlı çıxıb” - deyə, vəkil qeyd edib.
- tarixində yaradılmışdır.