"Fəthullah Gülən Əsrin Mövlanasıdır"

Qırx mindən çox tələbəsi olan İndonezya Universiteti İndoneziyanın ən böyük və ən səviyyəli universitetidir. Dünyanın ilk yüz universitetindən biri olan İndonezya Universitetinin kompleksi yağışlı meşələrdə yerləşir. Son illərdə universitet fəaliyyəti və elmi uğurları ilə diqqət çəkir. Şübhəsiz bunda Rektor prof. dr. Gumilar Rusliva Somantrinin böyük əməyi var. İndoneziya xalqı onu gələcəkdə prezidentliyə namizəd kimi görür. ABŞ prezidenti Obamanın Paytaxt Cakartada beynəlxalq konfrans salonları ola-ola qonşu Depoka şəhərinə gəlib burada çıxış etməsi də İndoneziya Universitetinin əhəmiyyətini göstərir.

Obama burada 6 min dinləyicinin önündə təkcə Endonezyaya deyil, bütün İslam Dünyasına da mühüm bəyanatlar vermişdi. Obama "Əssalamü əleykum" deyərək başladığı çıxışında Rektor Gumilara da təşəkkür etməyi unutmamışdı. Obama: "Müştərək mühit formalaşdırmaq üçün çox çalışa və gücümüzü bu sistemin davam etməsinə sərf edə bilərik" demiş və ABŞ-ın İslamiyyətlə müharibə aparmadığını vurğulamışdı. Çıxışı dinləyən beynəlxalq politoloqlara görə, bu nitq Qahirə çıxışından sonra İslam Dünyasına ünvanlanmış ikinci ən mühüm çıxışdır.

Fəthullah Gülən Əsrin Mövlanasıdır

İndoneziya Universiteti keçən ay isə Beynəlxalq Gülən Konfransına ev sahibliyi və birbaşa təşkilatçılıq etmişdi. Rektor Gumilar İndoneziya mediasının qarşısına "dostum" dediyi Gülən Kürsüsünün Rəhbəri dr. Ali Ünsalla birlikdə çıxaraq Universitetin belə böyük və mühüm bir tədbirə ev sahibliyi etməsini özü üçün şərəf saydığını, Möhtərəm Gülən Xocaəfəndini şəxsən ziyarət etmə şərəfinə nail olduğunu və ondan çox təsirləndiyini dilə gətirmişdi. Prof. Gumilara görə Fəthullah Gülən Xocaəfəndi əsrin Mövlanasıdır...

Jurnalistlərin "Niyə məhz Gülən konfransı?" sualına isə "Möhtərəm Gülən dünyada tanınan və ehtiram görən böyük intellektual şəxsiyyət olmaqla yanaşı, bir aksiyon insanıdır. Onun xarizmatik şəxsiyyəti və təşviqləri sayəsində bu gün minlərlə məktəb açılmış və hər dinə, hər dilə, hər millətə mənsub insanlara təhsil verilir. Bəli, təhsil bizim üçün ən əhəmiyyətli və başlıca məsələlərdən biridir. İndoneziya kimi 300-dən çox millət yaşayan, plüralizm hakim olan və demokratik dəyərlərə üstünlük verən bir ölkədə, fikrimcə, möhtərəm Gülənin təhsil modeli təhsilimizdə olan əsas problemlərin həllində mühüm rol oynayacaq. Ümid edirəm ki, konfrans bu mənada önəmli addımların atılmasında təkan verəcək " – demişdi. (Selim Çağlayan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.