İndoneziya Konfransında Şirin Xatirə: "Mən Xocadan İcazəliyəm"
Türkiyə mediasında geniş yer almasa da, İndoneziyada keçirilən "Gülən Konfransı" unudulmaz xatirələri və elmi təcrübələri ilə hələ də yaddaşlardadır. İndi danışacağım bu hadisə isə o unudulmaz xatirələrdən yalnız biridir. Türkiyə, Amerika, Avstraliya, Yaponiya, Cənubi Koreya, Hindistan, Malayziya və İndoneziyadan gələn ziyalılar konfrans iştirakçılarına beynəlxalq tədbirin həyəcanını yaşatdığı kimi, müasir insanın bir çox problemlərinin həllinin neçə illər əvvəl məscid kürsülərindən səsləndirilməsinə və bu səsin hazırda Universitetlərdə və konfranslarda müzakirə edilməsinə şahid oldular.
Yapon milləti nizam-intizamda nümunəvi xalqdır. İndi isə onlar heyran olduqları "nümunələri özündən olan könüllülər fəaliyyətinin" xidmət qəhrəmanları ilə birlikdə olmağa çalışırlar.
Prof. Sasaki də məhz bu ziyalılardan biridir. Yaponiyada Orta Şərq üzrə mütəxəssis olan bu geniş-ürəkli insan M. Fəthullah Gülən Xocaəfəndinin "Sonsuz Nur" adlı əsəri ilə qarşılaşandan sonra, bu gözəl əsərin Yapon dilinə tərcüməsinin zəruri olduğunu görür və işləri çox olsa da, kitabı qısa vaxtda tərcümə edib Yapon xalqının istifadəsinə verir. Kitabın tərcüməsi onu Xocaəfəndiyə daha da yaxınlaşdırır. Və İlahi inayət ürəyinə od düşən bu insana bir çoxlarının qəlbində sevgi çırağı yandıran insanı (Xocaəfəndini) görməyi nəsib edir.
İndoneziyada onlarla alimin arasında istiqanlılığı ilə hər kəsin diqqətini çəkən prof. Sasakinin uzun illərdən bəri tərgidə bilmədiyi siqaret vərdişi vardı. Konfransda bir fürsət tapan kimi eşiyə çıxan və kimsənin olmadığı yerdə siqaretini çəkən Sasaki yemək süfrəsini qoyub çölə çıxanda hər kəsin diqqətinə səbəb olur. Bunu anlayan Sasaki bir iki dəqiqədən sonra utancaq təbəssümlə: "Mən Xocadan icazəliyəm" deyib nəzakətlə təkrar çölə çıxırdı.
Sasakinin təkrarladığı "Mən Xocadan icazəliyəm" cümləsi konfransa gələn bütün qonaqların diqqətini çəkir. Sən demə, bu cümlənin bir də xatirəsi var imiş. Xocaəfəndinin ziyarətində Sasakinin gözü onun mübarək əllərindəki gözəl təsbehə sataşır və "İstəsəm, mənə verərmi, görəsən?" deyə içindən keçirir. Bu vaxt Xocaəfəndi əlindəki təsbehi və səccadəsini ona uzadır. Buna çaş-baş qalan Sasaki nə edəcəyini bilmir, əlbəttə, hədiyyəyə görə də çox sevinir.
Otağına çəkilən Sasaki özünə yer tapa bilmir, var-gəl edir, çünki gələndə ona burada siqaret çəkməyin qadağan olduğunu demişdilər. Bir tərəfdə tərgidə bilmədiyi siqaret, digər tərəfdən qonaq olduğu məkanın qaydalarına riayət etmə prinsipi ona çətin dəqiqələr yaşadır. Bir qədər sonra qapısı döyülür və nurani bir gənc əlində külqabı ilə içəri girir "Bunu Xocaəfəndi sizə göndərdi" deyib nəzakətlə otaqdan çıxır. Xocaəfəndinin bu nəzakətli hərəkəti hədiyyənin təsirindən hələ çıxa bilməyən Sasakinin ona olan sevgisini daha da artırır.
- tarixində yaradılmışdır.