"Kuranın Altın İkliminde" kitabının səsli variantı "fgulen.com" saytında

Zaman və məkandan münəzzəh olan İlahi Xitabın zaman və məkanla məhdud olan insan oğluna tənəzzülü və onu ali üfüqlərə yüksəltməsi insanın iradi səylə ona yönəlməsindən, ondan istifadə etmək üçün zaman və məkanını dəyərləndirməsindən asılıdır.

"Bəşəriyyət Qurana qulaq verib Onu dinlədiyi zaman kainatda cərəyan edən hadisələri, onların ruh və mənasını, bu mənanın könüllərdə hasil etdiyi həyəcanı rahatlıqla duya bilər. Demək, insanın fikrən dərinləşməsi, kamilliyə namizəd olması onun varlıq və hadisələrin ruhuna vaqif olmasından, qəlbi və ruhi kamilliyi isə Qurani-Möcüzül-Bəyanın ayələrinə və kamil rəhbər Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) nurəfşan bəyanlarına mütləq mənada itaətdən asılıdır" sətirlərinə rast gəldiyimiz "Kuranın Altın İkliminde" adlı kitabının müəllifi Fəthullah Gülən ömrünü Qurana və onun təfsiri olan Sünnəyə həsr etmiş bir Quran aşiqidir.

Fəthullah Gülənin əsərlərini ictimaiyyətə çatdırmağı qarşısına məqsəd qoyan "fgulen.com" saytı istifadəçilərinə yeni bir layihə təqdim edir. İlk növbədə Fəthullah Gülənin son əsəri "Kuranın Altın İkliminde" kitabının səsli variantı hissə-hissə istifadəçilərə təqdim ediləcək. Gələcəkdə digər əsərlərin səsli variantı da sayta yerləşdiriləcək.

Xüsusilə, bu qloballaşma dövründə zaman və məkan problemi ilə üzləşən müasir insanın istədiyi vaxt, istədiyi yerdə dinləyə biləcəyi səsli kitablar gözəl və əlverişli imkandır.

Fəthullah Gülənin əhatəli üslubu ilə kainata nəzər salıb onu oxumaq, əşya və hadisələrə Quran pəncərəsindən baxmaq istəyənlər üçün əlverişli və faydalı olması diləyi ilə...

"Mahir bir oxucu Quranın içinə nüfuz edər, qəlbini və hislərini ona təslim edər.. halən və ruhən Quranın məna və məzmununu anlamağa hazır hala gələr" (M. Fəthullah Gülən)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.