"PKK-Camaat Yaxınlaşması" məzmunlu xəbərlər haqda açıqlama

09 dekabr 2010-cu il tarixində "Öcalandan Gülene zeytin dalı" (Öcalandan Gülənə zeytun budağı)" adlı xəbərlə başlayan müzakirələr hələ də KİV-də davam edir. Bu səbəbdən aşağıdakı xüsusların ictimaiyyətə çatdırılması bir zərurətə çevrilmişdir:

Əvvəla, möhtərəm Hüseyn Gülərcə məlum müzakirələrə səbəb olan görüşə bir jurnalist kimi getdiyini, bir Fəaliyyətin təmsilçisi olmadığını açıq şəkildə bildirmişdir. Belə ki, möhtərəm Gülənin bir təmsilçisinin, sözcüsünün olmaması dəfələrlə ictimaiyyətə çatdırılmışdır.

Bu görüşdən sonra bəzi mətbuat orqanları "Terror təşkilatı PKK-nın lideri Öcalan vəkilləri vasitəsilə Gülən camaatı ilə əməkdaşlıq təklif etdi", "PKK-Camaat yaxınlaşması", "Öcalan-Gülən ittifaqı" kimi ifadələrə yer vermişdir. Açıq-aydın görünür ki, bu xəbərlərlə cəmiyyətdə möhtərəm Gülən haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bəzi mətbuat orqanları isə "Aponun yanaşmasının dəyişkən, taktiki, strateji xarakter daşıması" şəklində analizlər də vermişdir.

Bu vəziyyətlə bağlı bir daha vurğulamaq istəyirik ki, möhtərəm Gülən bütün ömrünü sevgi, qardaşlıq, sülh, ədalət, birlik-bərabərlik və s. kimi dəyərlərin könüllərdə kök atmasına həsr etmişdir. İrq, dil, düşüncə fərqliliyini bir zənginlik sayaraq hər kəsi mövqeyi ilə qəbul edib dialoq və tolerantlığa dəvət etmişdir.

Möhtərəm Gülən insanları yaşamağa deyil, yaşatmağa, fəzilətli şəxslər olmağa təşviq etmişdir. Onun düşüncəsi "insan" və ümumbəşəri dəyərlər çərçivəsində bəşəriyyətə xidmət etməkdir. Çünki Hörmətli Gülən "yaradılan"ı "Yaradan"dan ötrü sevir və "insanların bir darağın dişləri kimi bərabər olduğu"na inanır. Yəni Möhtərəm Gülənin düşüncə və fəaliyyətləri onun inanc dünyasından nəşət edir. Bu inanc sistemi dövrə, strategiyaya görə dəyişkən deyil, insanlığın dünya və üqba səadəti naminə əbədiyyət mehvərlidir.

Möhtərəm Gülən əsərlərində insanın kin, nifrət, qəzəb, zorakılıq kimi boşluqlarında olan təxribedici hislərini, anarxist düşüncələrini, qarşıdurma girdablarını ilahi mehvərli bir tərbiyə ilə nəzarətdə saxlamağın mümkünlüyünü, insanın potensial insanlıqdan həqiqi insanlığa yüksələ biləcəyini dilə gətirir. Bunun əksinə anarxiya və terror zorakılıqla, zülmlə insanı və insanlığı məhv etməyi hədəf seçmişdir.

Bu səbəbdən bütün ömrü boyu zorakılığa, haqsız gücə qarşı çıxan möhtərəm Gülən haqqında yayımlanan bu cür xəbərlər ona qarşı ən böyük haqsızlıqdır. Sağlam fikirli cəmiyyətin təqdirinə ərz edirik.

Fətullah Gülənin Vəkili
Ov. Orxan Ərdəmli

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.