Türkiyə mətbuatında Qəzzə hadisəsi və Fəthullah Gülən

Fəthullah Gülənin “The Wall Street Journal” qəzetində dərc olunan müsahibəsi Türkiyədə müxtəlif təbəqələr tərəfindən dəyərləndirildi. Aşağıda bu yazılardan seçdiyimiz hissələri oxuya bilərsiniz.

Fəthullah Xoca sizi xilas edə bilməz!

Hüseyn Kocabıyık, Ankara Sabah, 8 iyun 2010

...

Fəthullah Xoca bir söz dedi...

Qəzzə hadisəsinə fikrini bildirdi.

"Hakimiyyətə itaət etmək lazımdır" dedi.

Bu sözün qırağını-bucağını hələ tam bilmirik.

Xocaəfəndi kimi əhatəli düşünən bir ziyalı tam olaraq nə demək istədi, bu  da məchul.

“Hakimiyyət” deyəndə İsraili nəzərdə tutursa, sözü həqiqətə uyğun deyil.

Çünki hakimiyyətə tabe olmayan əslində elə İsrailin özüdür.

Məsələn, Birləşmiş Millətlər Təşkilatı ali hakimiyyətdir...

1967-ci ildən bəri bu təşkilatın qərarlarını nə vaxt yerinə yetirdi İsrail?

Beynəlxalq hüquq dövlətlərin tabe olduğu ali hakimiyyətdir, məsələn.

Bu pirat dövlətin hüquqi hakimiyyətə tabe olduğunu heç görən varmı?

Fəthullah Xocaəfəndi bu millətin böyük dəyəridir. Belə mübahisəli mövzulara qarışdırılmamalıdır deyib mövzumuza qayıdaq...

...

Türkiyənin tutumu

Ahmet Taşgetiren, Bu Gün, 8 iyun 2010

...

Ətrafda Fəthullah Xocaəfəndinin sözləri hissi tənqid edilir.

Mən Xocaəfəndinin sözlərinin həmin qəzetdə verilən kimidirmi, bilməyirəm. Elə olmadığına inanıram.

Fəthullah Xocaəfəndinin bütün dünyaya yayılan xeyirxah fəaliyyətlərə və o fəaliyyətlərin mərkəzində olduğuna görə, daha çox da Türkiyəyə görə müəyyən diplomatik həssaslığı qeyri-adi qarşılanmamalıdır.

...

- Fəthullah Xocaəfəndiyə qəzəblənmək əvəzinə, öz payımıza, Türkiyənin diplomatik missiyası haqqında fikir yürüdək. Bu, hökumətdən tələb etdiklərimizi daha real zəminə oturdacaq.

http://www.bugun.com.tr/kose-yazisi/104871-turkiye-nin-tasima-kapasitesi-ahmet-tasgetiren-makalesi.aspx

İsrailə təpki

Taha Akyol, Milliyyət, 7 iyun 2010

...

Fəthullah Gülən Xocaəfəndinin “gözlənilməz” açıqlaması ən azı “hadisə” haqqında fikir  dairəsini genişləndirdi...

Baş nazir müavini Bülent Arınç: "Gülən doğru deyir," – dedi.

CHP lideri Kılıçdaroğlu isə "Gülənin sözləri sağlam müzakirə üçün zəmin hazırlayacaq" dedi.

“Mono fikirli toplum”ların yaradıcılıq qabiliyyəti olmaz, belə xalq inkişaf edə bilməz... Məhz buna görə, bir hadisəni bir mənalı qarşılamaq, ən azı fərqli yol və metodların qarşısını alır.

...

http://www.milliyet.com.tr/israil-e-tepki/taha-akyol/siyaset/yazardetay/07.06.2010/1247575/default.htm

Qəzzəyə azadlıq donanması və imtahan

Ail Ünal, Zaman, 7 iyun 2010

...

Ustad Əhməd Səlim Bəyin bir sözü var: "Özlərini isbat etmiş böyüklərə aid söz və ya davranış oxuyarkən, ya da eşidərkən əgər fikirlərimlə həmin an ziddiyyət təşkil etsə, heç vaxt tənqidə baş vurmaram. “Yəqin onlar nəsə bilir ki, belə edir” deyib susaram". Hər kəs mədəniyyətlər qarşıdurmasından bəhs edərkən, İslamiyyət müxalifət ideologiya kimi təqdim edilərkən Xocaəfəndi “dialoq”, “tolerantlıq”, “demokratiya”, “mədəniyyətlər ittifaqı” dedi. O dövrdə onu ağır tənqid atəşinə tutanların çoxu 8-10 il sonra eyni qənaətə gəldilər. Əvvəllər Xocaəfəndini "rejim, ABŞ, İsrail tərəfadarı" olmaqda ittiham edənlərdən səmimi olanları 1999-cu ilin iyun ayından sonra Xocaəfəndidən halallıq istədilər.

Əlbəttə, Xocaəfəndi də üslubunu və bəzi sözlərini tənqid etmişdir. Hər bir məsulliyyətli müsəlman Xocaəfəndi kimi şəxslərə görə imtahana çəkilməkdən uzaq olmalıdır. Artıq Xocaəfəndi özünü bird aha fəda etmişdir.

...

http://zaman.com.tr/yazar.do?yazarno=1028

Konyadan Pensilvaniyaya

Mehmet Altan, Star, 5 iyun 2010

...

Doqquz vətəndaşımızın həyatını itirdiyi və Baş Nazirin toz qondurmadığı sürəcə Fəthullah Güləndən daha ehtiyatlı və fərqli bir şərh gəldi.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən "Humanitar Yardım Təşkilatı" gəmisinin İsraildən icazə almamasını tənqid etdi.

Və Amerikan “Wall Street Journal” qəzetinə müsahibəsində baş verən hadisə ilə əlaqədar "gördüyüm şeylər xoş deyildi, çirkin şeylərdi" dedi. "Humanitar Yardım Təşkilatı"nın varlığından qısa müddət əvvəl xəbərdar aldığını bildirən Fəthullah Gülən təşkilatçıların İsrailin icazəsi olmadan hərəkətə keçməsini hakimiyyətə itaətsizlik kimi xarakterizə etdi.

Gülən İsraillə uzlaşmağa çalışmamağın müsbət nəticələrə gətirib çıxarmayacağını söylədi və ona yaxın bir dərnəyin Qəzzəyə kömək aparmaq istədiyini, ancaq onlara İsraildən icazə almağın vacibliyini tövsiyə etdiyini bildirdi.

Gülən həmçinin bu hadisədə günahkarı müəyyənləşdirmək üçün Birləşmiş Millətlər Təşkilatına baş vurmağın ən doğru yol olduğunu əlavə etdi.

...

http://www.stargazete.com/gazete/yazar/mehmet-altan/konya-dan-pensilvanya-ya-267438.htm

Müsəlman əqli-səlimi, yəhudi zəkası

Eyüp Can, Hüriyyət, 5 iyun 2010

...

İndi gələk Joe Laurianın Fəthullah Gülən müsahibəsinə.

Xəbərin başlığı belədir: "Münzəvi Türk İmamı Qəzzə gəmisini tənqid etdi".

Görünür, Gülən baş verən hadisədən çox təsirlənib, "Gördüyüm şeylər heç xoş deyildi".

İnsanların bu şəkildə ölməsindən və iki ölkə münasibətlərinin gərginləşməsindən narahat olub.

Buna görə də "yanğını körükləmək" əvəzinə bu çətin dövrdə belə "əqli-səlim"cə  özünü tənqid etməyə üstünlük vermiş. "Kaş Qəzzəyə yardım aparmadan əvvəl təşkilatçılar İsraillə razılaşma yolunu seçə idilər" demiş.

İynəni İsrailə, çuvaldızı "haqqında siyasi məqsədləri olub-olmadığını söyləmək asan deyil" dediyi təşkilatlara yəni İHH-yə batırmış...

* * *

Əsas budur ki, yardımın əsl məqsədini sorğuya çəkmiş...

Məgər keçmişdə bəzi yardım təşkilatları Gülənin fikrini soruşanda o bu yardımın...

Bir, səssiz-sədasız...

İki, İsrail hökuməti ilə razılığa gələrək göndərməyi tövsiyə etmiş...

Və nə Türkiyə, nə də dünya ayağa qalxmadan yardım Qəzzəlilərə çatmış...

Əlbəttə, burada əsas fərq yardımın məqsədidir...

İHH elə işin başlanğıcındadan yardım etməyi deyil, Qəzzə blokadasını yarmağı məqsəd seçdi.

Gülən məhz "müsbət nəticələr gətirmədi"yini düşündüyü bu yanaşmanı tənqid etmiş.

...

http://www.hurriyet.com.tr/yazarlar/14937614.asp

Ərdoğan, Obama, Gülən...

Avni Özgürel, Redikal, 9 İyun 2010

Hadisənin üstündən bir müddət keçdikdən sonra Fəthullah Gülən Xocaəfəndinin "WSJ" qəzetində dərc olunan açıqlamalarına gəlincə, həmin şərhi Xocaəfəndinin "dialoq" anlayışına əsaslanan mövqeyinin bir ifadəsi kimi görürəm. Düzü, bəzi mühafizəkar dairələrdə xəyal qırıqlığı doğursa da, onun həmişə olduğu kimi bu gün də sadiq qaldığı "etidal" anlayışını xatırladıb deyə bilərəm ki, əgər Yaxın Şərqdə Ərəblər qədər İsrailə də əmin-amanlıq gətirəcək yeni bir səhifənin açılması arzu edilirsə, bir insan bu yolun hər addımında qınaqla qarşılanmağı gözə alıb qulaqlara etidal kəlməsini pıçıldamalıdır...

...və digər yazılar

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.