Fikirləri gələcək dünya üçün əhəmiyyətlidir

İndoneziyanın Paytaxtı Cakartada yerləşən və İslam Dünyasının nüfuzlu universitetlərindən biri olan Cakarta İslam Universitetinin nəzdində fəaliyyət göstərən Gülən Kürsüsü "Türk Günü" keçirdi.

"Türk Günü"ndə başda Cakarta İslam Universitetinin Rektoru Komaruddin Hidayat, universitet rəhbərliyi, alimlərdən ibarət heyət və çox sayda qonaq iştirak etdi. Təqribən minə yaxın tələbənin iştirak etdiyi salonda yer tapa bilməyənlər konfransı ayaqda izlədi.

Türkiyədən dəvət edilən Xəttat Ertan Öz Türk xəttatlıq sənətindən nümunələr nümayiş etdirdi. Sənət əsərləri böyük maraqla qarşılandı. Həmçinin Sragen Türk Məktəbi Xalq Rəqsləri rəqs qrupunun rəqsi də böyük alqış topladı.

Açılışı İslam Universitetinin Rektoru Komaruddin Hidayat etdi. Onun ''İslam Dünyasında müstəmləkə altına düşməyən yeganə millət Türk millətidir'' sözü alqışla qarşılandı.

Fikirləri gələcək dünya üçün əhəmiyyətli

Komaruddin Hidayat həmçinin: "Türkləri başa düşmək üçün maraqlı bir məqamı sizinlə bölüşmək istəyirəm. Hərbi və ciddi millət kimi tanınan Türklər Mövlana Cəlaləddin Rumi və onun sufi fəlsəfi təlimlərini öz xarakterləri ilə yoğurub güclü, eyni zamanda könül insanı yetişdirməyi bacardılar.

Fəthullah Gülən də xarizması ilə ona könül verən insanlara dünyanın bir xidmət yeri olduğunu təlqin edir. Gülən Hərəkəti yüzə yaxın ölkədə minə yaxın təhsil ocağı ilə təhsil sahəsindəki gözəl və müvəffəqiyyətli fəaliyyətləri ilə tanınır. Həmçinin Gülən Hərəkəti sayəsində imici pozulan Orta şərq dünyasının da imici düzəlir. Amerikaya gedən zaman dostlarım mənə Vaşinqton, Nyu york kimi şəhərlərdə Türk Mədəniyyət Mərkəzlərinin təşkil etdiyi iftar proqramlarını, Türk məktəblərinin təhsil keyfiyyətini və yetişən şagirdlərin tərbiyələrindən söhbət açır. Rusiyaya gedirəm, orada da Türk məktəblərinin müvəffəqiyyətindən danışırlar. Həmçinin Taylanda da... Dünya ölkələri artıq sizin mədəniyyətinizdən, sizin musiqinizdən və sizin yeməklərinizdən danışır. Müsəlman olmayan bu ölkələrdə müsbət yöndə dəyişən bir müsəlman imici formalaşır. Mən Fəthullah Gülənin düşüncələrinin gələcək dünya üçün çox əhəmiyyətli olduğuna inanıram.

İslam Dünyasında universitetimizdə açılan ilk və yeganə Fəthullah Gülən Kürsüsü hələ bir yaşına girmədən uğurlu fəaliyyətlərlə universitetimizin adını beynəlxalq platformalara daşıdı. Hüzurunuzda prof. Ali Ünsala bu fəaliyyətlərə görə, ayrıca tərtib etdikləri "Türk Günü"nə görə çox təşəkkür edirəm" dedi.

"Türk Günü" üçün xüsusi gətirdilmiş əbru sənət əsərləri və "Müqəddəs Əmanətlər"in şəkilləri böyük maraqla qarşılandı. (Selim Çağlayan)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.