Filippin Prezidenti: Türk məktəblərinin sayını artırın

Prezident Abdullah Gülün qonağı olaraq Türkiyəyə gələn Filippin prezidenti Gloria Macapagal Arroyo ölkəsindəki türk məktəblərinin sayının artırılmasını istədi.

Filippin prezidenti Arroyo səfər çərçivəsində İstanbulda yaşayan filippinlərlə axşam yeməyində görüş təşkil etdi. Filippin prezidenti yeməkdə çıxış edərək vətəndaşlarına ölkəsinin son 8 illik iqtisadiyyat və inkişafdan danışdı. Arroyo son illərdə ölkə iqtisadiyyatının əsas gəlirlərindən birinin xaricdə işləyən filippinlilərin öz ölkələrinə göndərdikləri valyutanın meydana gətirdiyini bildirdi.

Türkiyə ilə diplomatik və dostluq əlaqələrinin 60-cı ilinə girdiyini ifadə edən Filippin prezidenti Arroyo prezident Gül ilə əlaqələri daha da inkişaf etdirmə barədə görüşdüyünü bildirdi. Arroyo Gülün: "Özəl sektor və qeyri-dövlət təşkilatlarını təşviq edərək əlaqələri daha da möhkəmləndirək," – dediyini bildirdi.

"Türk məktəbləri iki ölkə arasındakı körpüləri daha da gücləndirəcək"

Ölkəsində türk təşəbbüskarları tərəfində açılan iki özəl məktəb olduğunu deyən filippin prezidenti türk məktəblərinin müvəffəqiyyətindən məmnun olduğunu bildirdi. Arroyo türk məktəblərində məzun olan gənclərin gələcəkdə iki ölkə arasında qurulan körpüləri daha da möhkəmləndirəcəyinə inandığını dedi.

Yeməkdən sonra Pasifik Ölkələrlə İctimai və İqtisadi Həmrəylik Dərnəyi (PASİAD) nümayəndələri ilə görüşən Filippin prezidenti Arroyo türk iş adamlarının ölkəsindəki işlərini sürətləndirmələrini istədi. Arroyo həmçinin ölkəsindəki türk məktəblərinin sayının artmasının ölkələr arasındakı əlaqələri daha da qüvvətləndirəcəyinə inandığını ifadə edərək daha çox məktəb açılması üçün iş adamlarını təşviq etdi.

Türkiyənin müasir, dünyəvi və tolerantlı bir dini həyatının olduğunu deyən Filippin prezidenti: "Ölkəmizdə müxtəlif dinlərdən olan xalqımızın bir-birini qəbul etməsində Türkiyə təcrübəsindən istifadə etmək istəyirik,” – dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.