Filippində fəaliyyət göstərən Pasifik Dialoq Platformunda iftarlı açılış

Filippinin paytaxtı Manilada fəaliyyət göstərən Pasifik Dialoq Platformasının açılışı iftar süfrəsilə başladı.

Filippində fəaliyyət göstərən Fantın (Fountain) Beynəlxalq Məktəbləri və Pasifik Dialoq Platformasının əməkdaşlığı ilə Manilada "dostluq və iftar" ziyafəti verildi. Tədbirə Filippinli rəsmilər, iş adamları, siyasi xadimlər və ölkənin tanınmış universitetlərinin müəllimlərindən ibarət çox sayda qonaq qatıldı. İki yüz əlli nəfərə yaxın qonağın iştirak etdiyi iftar yeməyində həmçinin Pasifik Dialoq Platformasının rəsmi açılışı oldu.

Türkiyədən Fateh Universitetinin rektoru prof. dr. Şərif Əli Təkalanın (Şerif Ali Tekalan) iştirak etdiyi iftar yeməyinə yerli millət vəkilləri, dövlət nümayəndələri, hərbiçilər və media nümayəndələri də qatıldı.

Tədbirdə Türk əl işləri nümayiş etdirildi. Türk mədəniyyətini əks etdirən əl işləri, çini və mis işləmələri, Kütahya keramika məhsulları yerli qonaqlara tanıdıldı. Sərgiyə tamaşa edən qonaqlar bu qədər zənginliyin bir mədəniyyətdə cəmlənməsini heyrətlə qarşıladı. Açılışa Türkiyədən dəvət olunan xəttatın yerli qonaqların adlarını ərəb hərfləri ilə yazması böyük rəğbətlə qarşılandı.

Türkiyədən xüsusi dəvət olunan səmazənlərin çıxışı qonaqları məst etdi. Türk liseyinin tələbəsinin söylədiyi “Qürbət quşları” türküsü izləyicilərə həyəcanlı anlar yaşatdı.

Tədbirdə çıxış edən Pasifik Dialoq Platformasının Sədri Fərhad Kazkondu fərqli dünyagörüşlərə mənsub Filippin insanını dostluq və iftar yeməyində görməkdən şad olduğunu söylədi. Kazkondu belə gözəl məclisdə Pasifik Dialoq Platformasının açılışını etməkdən məmnunluğunu dilə gətirdi. Kazkondu Pasifik Dialoq Platformunun seminar, konfrans, müxtəlif ziyarətlər, ölkə daxilində və xaricdə təhsil və mədəniyyət gəzintiləti təşkil edəcəyini qeyd etdi. Bu fəaliyyətlərlə ailə üzvləri arasındakı dialoqdan başlayaraq qonşular arası dialoq da daxil olmaqla dövlət və ya özəl sektorlarla, müxtəlif qruplarla dialoqu inkişaf etdirməyi planlaşdırdıqlarını bildirdi.

Gələn ilki iftar yeməyi Filippin Milli Məclisində...

Filippin Türk Məktəblərinin Rəhbəri Malik Gencer isə çıxışında gələn il iftar yeməyini Filippin Milli Məclisində verəcəklərini söylədi. Gencer: "Filippinlilərin böyük rəğbəti və yüksək səviyyəli iştirakı ilə çox gözəl bir açılış və iftar yeməyi oldu. Bu dialoq fəaliyyətləri il ərzində də davam edəcək. Görüşdüyümüz, tanış olduğumuz insanlar üçün müəyyən vaxtlarda Türkiyəyə gəzintilər təşkil edərək Anadolu insanının qonaqpərvərliyini göstərəcəyik. Beləliklə də dostluğumuz möhkəmlənəcək. Üstəlik gələn ilin iftar yeməyini Filippin Milli Məclisində verəcəyik" – dedi.

Fateh Universitetinin rektoru prof. dr. Şərif Əli Təkalan tədbirdən sonra Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə dialoq platformasının açılmasının əhəmiyyətindən danışdı. Təkalan: "Pasifik Dialoq Platformasının qurulması çox əhəmiyyətlidir. İnsanların bir-biri ilə görüşüb danışa biləcəyi bir dünyada dialoqa çox ehtiyacımız var. Bu axşamkı iftar yeməyində çox gözəl bir dialoq ortamı vardı. Çünki müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin nümayəndələri bir araya gəlmişdi. Bizim ümumbəşəri dialoqa ehtiyacımız var. Bu dialoqun gələcəkdə insanlara çox faydalı olacağına inanıram. Bu dialoq sayəsində insanlar bir-biri ilə daha yaxşı qaynayıb-qarışır. Dialoq üçün daha çox çalışmalıyıq" – dedi.

Türk məktəbləri ümumibəşəri dialoqun simvoludur

Ölkəsində fəaliyyət göstərən Türk məktəblərinin əhəmiyyətindən danışan Filippin Universiteti Sosiologiya Fakültəsinin Dekanı və yazar Randi Devid (Randy David) də Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə belə dedi: "Türk məktəbləri ümumbəşəri dialoqu təmsil edir və mən inanıram ki, Türk məktəbləri dünyaya öz təhsil sisteminin ən gözəl yönlərini töhfə verir. Türk təhsil sisteminin tarixi Osmanlıya əsaslanır. Türk məktəblərində təkcə sənətə deyil, elm və riyaziyyata da üstünlük verilir. Filippində Türk məktəbləri ən çox elm və riyaziyyat sahəsində tanınır".

Filipinli Senator Alan Piter S. Kiyetano (Alan Peter S. Cayetano) da Cihan Xəbər Agentliyinə verdiyi müsahibədə tədbirin təşkilatçı heyətinə təşəkkür edərək: "Bu axşamkı tədbir, həqiqətən ümumbəşəri ziyafət idi. Çünki burada fərqli dinlərin, fərqli mədəniyyətlərin insanları bir araya gəlmişdi. Senator, millət vəkili, müəllim hər sahədən bir çox insanın iştirak etdiyi bir tədbir idi. Belə tədbirlərin bir-birimizi daha yaxşı anlamağımıza faydalı olduğunu düşünürəm" – dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.