Gambiya Türk məktəbinin açılmasını istəyir
Qərbi Afrika ölkəsi Gambiyanın dini lideri Şəriff Məhəmməd Hindora öz ölkəsində də Türk məktəbinin açılmasını istədi.
Gambiyanın dini lideri Hindora rəhbərliyində bir heyət Malaziyanın paytaxtı Kuala Lumpurda təşkil edilən 6-cı Dünya İslami İqtisadiyyat Forumunda iştirak etmək üçün gəldi. Gambiyadan gələn heyət Malayziyada fəaliyyət göstərən Malaziya-Türk Dialoq Dərnəyinə də baş çəkdi. Malaziya-Türk Dialoq Dərnəyinin Rəhbəri Ahmet Kaplanla səmimi söhbət edən Hindora bir çox Afrika ölkəsində Türk məktəbi olduğunu ifadə etdi. Hindora Gambiyada da Türk məktəbinin açılmasını istədiklərini bildirdi: "Afrikanın bir çox ölkəsində Türk məktəbləri var. Bu məktəblərin Afrikadakı müvəffəqiyyətlərindən xəbərimiz var. Gambiyada da Türk məktəbləri görmək istəyirik. Bunun üçün lazım olan hər şeyi etməyə hazırıq" - dedi.
Gambiyada tibbi avadanlıq çatışmazlığı olduğunu deyən Hindora, Türk həkimlərini də ölkəsinə dəvət etdi.
Malaziya-Türk Dialoq Dərnəyinin Rəhbəri Ahmet Kaplan da məmnuniyyətini bildirərək: "Gambiyada Türk məktəbi görmək bizi də sevindirər və bunun üçün birlikdə çalışacağıq" - dedi.
- tarixində yaradılmışdır.