Göz yaşlarını saxlaya bilmədi
CAR-da “Turkuaz Harmoni” İnstitutunun tərtib etdiyi ənənəvi “sülh və dialoq” mükafatnın verilmə mərasimi keçirildi. Afrikanın iqtisadı mərkəzi Johannesburgdakı Hyatt Recensi otelində tərtib edilən mərasimə akademiya, media, siyasət, idman və sənət dünyasından görkəmli simalar iştirak etdi.
Dəvət olunan qonaqlar arasında Cənubi Afrikanın məşhur simalarından Nelson Mandelanın məfkurə yoldaşı Ahmed Kathrada, Cənubi Afrika Sosial İdarəetmə Naziri Barbara Hoqan, ölkənin strateji əhəmiyyətli əyaləti Gautengin Baş Naziri Nomvula Mokonyane, Millət Vəkili və Sabiq Ədliyə Naziri Müavini Coni Da Lenga, Vestrand Bələdiyyə Başçısı Faith Matşikiza, məşhur radio müxbiri Karabo Kgoleng, Cənubi və Şimali Gauteng Əyaləti Ali Məhkəmənin Baş Hakimi Bernard Ngoepe və Yüksel Uzel iştirak etdi.
Mərasimin açılışını Turkuaz Harmoni İnstitutunun Direktoru Aydın İnal etdi. Daha sonra ötən illərin mükafat mərasimlərindən bəhs edən və Türkiyəni tanıdan video lentlər nümayiş etdirildi.
Mükafatlar və görkəmli simalar...
Mərasim aparıcı Türk dilində səlis danışan pedaqoq Nikolas Biksan idi. Mərasimdə insan haqqları mükafatı bu sahənin məşhur siması Hakim Narandran Codi Kollapenə verildi. İdman sahəsindəki mükafata isə reqbi üzrə dünya çempionu Cənubi Afrika komandasının ilk zənci idmançısı Chester Villiams layiq görüldü. Elmi- akademik mükafat İngilis dilinin inkişafına görə Vestern Keyp Universitetinin sabiq rektoru professor Stanley Ridgen təqdim edildi. Media mükafatı Cənubi Asiya və London qəzetlərinin köşə yazarı Mudli Rajaba verildi.
Dinlərarası dialoq mükafatı Nobel Mükafatı laureatı Desmond Tutunun başçılıq etdiyi Afrikanın cənub bölgəsinin Anqlikan Kilsəsi Baş Yepiskopu Tabo Cecil Makgobaya verildi.
İncəsənət mükafatını əsərlərində ilk dəfə zəncilərə qarşı törədilən haqqsızlığı, zülmü işləyən “ölkə teatrının atası” adı ilə məşhur olan prof. Con Kanı aldı. "Fəthullah Gülən Özəl Sülh Mükafatı" isə Cənubi Afrikanın əfsanəvi siması Ahmed Katradaya verildi.
Katrada irqçiliyə qarşı mübarizəsində 26 illik həbs həyatının 18 ilini Nelson Mandela ilə Roben adasında keçirmişdir. Səhnədə göz yaşlarını saxlaya bilməyən Mandelanın məfkurə yoldaşı Katrada mükafatı həbsxanada dünyadan köçən, bu günləri görə bilməyən məfkurə yoldaşları adına aldığını vurğuladı.
Bütün işlərini təxirə salaraq mərasimdə iştirak etdiyini bildirən Gauteng əyaləti Baş Naziri Mokonyane, uzun illər dünyanın ən dəhşətli irqçilik hərəkatlarının baş verdiyi Cənubi Afrikada belə bir mərasimin keçirilməsinin əhəmiyyətini vurğuladı. Mokonyane: “Turkuaz Harmoni İnstitutu cəmiyyətin bütün təbəqələrini birləşdirərək ən çox ehtiyac duyduğumuz sülh və dialoq mükafatları verməsi təqdirlə qarşılayıram,” – dedi.
"Gülən hərəkatının orijinallığı, şəffaf və hər kəsə açıq olması"
Türkiyədə səfərdə olan rahib Miçelson çıxışında: "Türkiyədə səfərdə oldum, özümü çox xoşbəxt hiss edirəm. Fəthullah Gülənin fəlsəfəsi dünyanı əhatəsinə alır. Onun fikirlərindən təsirlənərək bu mərasimi təşkil edən insanlar sevgidən, sülhdən başqa heç nə düşünmürlər," – dedi. Elmi-akademik mükafatını alan professor Ridgen İzmir Yamanlar Kollecinin böyük uğurundan çox təsirləndiyini dilə gətirdi. Eyni zamanda rahib olan Ridge kürsüdə: "Gülən Hərəkatı son dərəcə şəffaf və hər kəsə açıqdır. Hərəkatın orijinallığının məhz elə bundan ibarətdir. Dini təhsil alarkən bizə “lütfkar” sözünün tərifini “başqalarının fərqli olmalarına imkan vermək” kimi öyrətdilər. Bu sözün mərasimi təşkil edənləri çox gözəl təsvir etdiyini görürəm," dedi.
Türklər təhsildə yeni bir cığır açdılar, deyən Ridgen bu məktəblərdə oxuyan uşaqların dünya mədəniyyətinə böyük töhfələr verəcəyini əlavə etdi.
"Turkuaz Sülh və Dialoq Mükafatları müxtəlif təbəqələri bir araya gətirir"
Mərasimin sonunda jurnalistlərin suallarına cavab verən Turkuaz Harmoni İnstitutunun Direktoru Aydın İnal: "“Turkuaz Sülh və Dialoq Mükafatları” dünyada adı irqçiliklə birlikdə çəkilən Cənubi Afrikada cəmiyyətin bütün təbəqələrini keçmişi unudaraq bəşəri ortaq dəyərlər üçün fəaliyyətə təşviq etdi. Gördüyünüz kimi, ağdərili, qaradərili, hindli, qırmızıdərili eyni masa ətrafında gələcək nəsillərə daha gözəl dünya hazırlamaq üçün ən çox ehtiyacımız olan dialoq və sülh üçün çalışır," – dedi. İnal Afrikanın ən böyük iqtisadi bölgəsi olan Cənubi Afrikada müsbət ab-havanın bu qitəyə çox şeylər verəcəyini dilə gətirdi.
Cənubi Afrikada yaşayan Türk cəmiyyətinin dəstəyi ilə fəaliyyətlərinə başlayan mərasimə Afrikada məskunlaşan çox sayda Türk iş adamları da var idi. Məşhur müğənni Yüksəl Uzel də qonaqlar arasında idi.
Fəaliyyətləri ilə ölkənin görkəmli şəxslərini bir araya gətirən Turkuaz Harmoni İnstitutu 13 martda dünyanın məşhur turizm bölgələrindən biri olan Keyp Taunda "Gülən Konfransı" keçirəcək. (Cihan xəbər agentliyi)
- tarixində yaradılmışdır.