Gülən Fəaliyyəti Amerika Kanalında
ABŞ -ın tanınmış milli televiziya kanalı PBS Gülən Fəaliyyəti ilə bağlı geniş bir xəbər yayımladı. Ötən gün ekrana gələn təqribən 10 dəqiqəlik verilişdə amerikalı nümayəndələri ilə yanaşı, Fəaliyyətin tərəfdarlarının da fikirlərinə və əleyhində olan bəzi iddialara da yer verildi.
"Gülen Hareketi" kitabının müəllifi, Hyuston (Houston) Universitetinin əməkdaşı prof. Helen Ebauf (Helen Ebaugh) Fəthullah Gülənin "İnsan həm müasir, həm oxumuş, həm də yaxşı bir Müsəlman ola bilər" mesajını verərək mədrəsə əvəzinə məktəb açmağı təlqin etdiyini söylədi. Ancaq Türkiyədə Fəaliyyətin "İslami dövlət" qurma kimi gizli məqsəd daşıdığına inanan tənqidçilərin də olduğunu qeyd etdi. Rays (Rice) Universitetindən prof. Viliam (William) Martin isə bu haqda "Bu axmaq bir qorxudur" deyə fikrini bildirdi.
Verilişdə Fəaliyyətə könül verənlərin ABŞ-da açdığı məktəblərdə çalışan amerikalı müəllimlərdən müsahibələr, Hyustonda keçirilən "Türkcə Olimpiadaları"ndan kadrlar da yer aldı. Prof. Martinə görə Texasda 16 min şagirdə xidmət verən Harmoni (Harmony) "çarter (charter)" məktəblər zənciri Gülənin tərəfdarlarının, xüsusilə, təhsil sahəsində nələrə qadir olduqlarını göstərir.
Xəbəri hazırlayan müxbir Laki Severson (Lucky Severson) Texas Harmoni məktəblərində təhsil alan şagirdlərin 60 faizinin az gəlirli bölgələrdən, 100 faizlik məzun göstəricisinin olduğunu bildirdi. O, "Nə az, nə çox, ehtiyat siyahıda 21 min uşaq gözləyir" dedi. Proqramda hal-hazırda Pensilvaniyada yaşayan Fəthullah Gülənin doxsanıncı illərin axırlarında Papa II Jan Pol (Jean Paul) və digər qeyri-müsəlman liderlərlər görüşlərindən kadrlara da yer verildi. (Ali Halit Aslan)
- tarixində yaradılmışdır.