“Gülən çağdaş mütəfəkkir”

Gülən çağdaş mütəfəkkir

Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) bəhs edən “əl-Müəllim” adlı mahnısı ilə məhşurlaşan Azərbaycan əsilli İngiltərə müğənnisi Sami Yusuf “Salam” adlı son albomun təqdimat mərasimi üçün Türkiyəyə gəlməyə hazırlaşır.

Altı apreldə Antalya Mədəniyyətlərarası Dialoq Mərkəzi “Mövlüd” tədbiri keçiməyə hazırlaşır. Bu tədbirə məşhur müğənni Sami Yusuf da qatılaraq on beş min tamaşaçının qarşısına çıxacaq. Cənubi Şərqi Asiyada “Platin albom” laureatı olan müğənni ərəb dünyasında da məşhur olub diskləri ən çox satılanlar siyahısına daxildir. Bu uğurun ona aid olmadığını söyləyən müğənni “Hökm yalnız Allahındır. Onun izni ilə uğur qazanmışam” deyir.

Türkiyənin qədim və çağdaş mütəfəkkir, şair və müsiqişünaslarına böyük hörməti olduğunu deyən Yusuf Hz. Mövlana, Yunus Əmrə və Fəthullah Gülən kimi şəxsiyyətlər haqqında “İlk ikisi böyük tarixi şəxsiyyətdir. Gülənin dəyəri gələcəkdə daha çox bilinəcək” dedi. “Ərəb baharı” haqda verilən suala müğənni belə cavab verdi: “İslam dünyasında sabitlik və sülhün bərqərar olması üçün dua edirəm. Mənə elə gəlir, hazırda dualarımızda ən çox ümid və sülh dilməliyik”, dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.