Gülən hərəkatı canlı yayımda müzakirə ediləcək

Ərəb dünyasının qəlbi sayılan Ərəb Birliyi tarixi bir görüşə ev sahibliyi etməyə hazırlaşır. Rus Parlamenti, Avropa Parlamenti və Lordlar Palatasıdan sonra Ərəb Birliyi də Fəthullah Gülən hərəkatını müzakirəyə qoyur. İslam dünyasında hərəkat və Fəthullah Gülən hərəkatının təcrübələri dünyanın məşhur alimlər tərəfindən Qahirədəki Ərəb Birliyi mərkəzində müzakirə ediləcək. Qahirə Universiteti iqtisadi və siyasi elmlər fakültəsi ilə Akademiya Araşdırmalar və İnternet Vəqfi və Hira jurnalı ilə birgə təşkil olunan konfrans üç gün davam edəcək və internetdən arabturkdialog.com ünvanından da canlı olaraq yayınlanacaq.

Konfransı təşkil edən Qahirə Universitetinin iqtisadi və siyasi elmlər fakültəsi, “Kültür və Mədəniyyətlərin Dialoqu Araşdırmalar Mərkəzi”nin rəhbəri professor Nadya Mustafa konfransın həm Misirdə, həm də Ərəb dünyasında böyük əks-səda meydana gətirəcəyini dedi. Bir çox konfransa ev sahibliyi etdiklərini, ancaq ilk dəfə bu qədər maraqla qarşılaşdıqlarını vurğulayan Mustafa Gülən hərəkatını daha yaxşı tanımaq üçün bu konfransı təşkil etdiklərini bildirdi.

"Bilmək istəyirik ki, xalqın etimadını necə qazanırlar?"

Son illərdə Gülən Hərəkatının adı Ərəb dünyasında da çəkilməyə başladı. Ancaq bunun haqqından kifayət qədər məlumatı olmadığını da vurğulayan Mustafa: "Bu hərəkat Türkiyədə və xaricdə dövlətlə qətiyyən münaqişəyə girmədən fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır. Bilmək istəyirik ki, buna necə nail olurlar və xalqın etimadını necə qazanırlar?" – dedi.

"İslam dünyasında islahatın gələcəyi: Fəthullah Gülən Hərəkatı ilə müqayisəli təcrübələr" adlı konfransa Misirin görkəmli simalarından Əzhər Universitetinin rektoru Əhməd Tayyib, “Ahram Siyasi və Strateji Araşdırmalar” Mərkəzindən Həsən Əbu Talib və Hani Raslan, Qahirə Universitetindən professor Alia əl-Mehdi, professor Kamal Munufi, professor İbrahim Bəyəmi iştirak edəcək. Konfransa həmçinin ABŞ-dan Sill Karroll, Beynəlxalq Müsəlman Alimlər Birliyi Baş Katibi Məhəmməd Səlim əl-Ava, misirli məşhur mütəfəkkirlər Məhəmməd Abadlığa, Tarık əl-Bişri, Zağlul Naccar, Tunisdən professor Əbu Yarıb əl-Marzuki, Fasdan professor Səmiar Budinar, İordaniyadan Fəthi Malkavi, Əl-Cəzairdən Ömər Cidal, Türkiyədən Əli Bulaç və Mustafa Özcan iştirak edəcək.

Ərəb Birliyi ilk dəfə belə bir konfransa ev sahibliyi edir

Toplantının Ərəb Birliyində təşkil olunmasının Türkiyə və Ərəb ölkələri arasındakı münasibətlərin ən gözəl nümunəsindən biri olduğunu deyən “Nil Yayınları” və “Hira” jurnalı Orta Şərq nümayəndəsi Şükrü Şahin Ərəb Birliyinin ilk dəfə belə bir konfransa ev sahibliyi etdiyinin vurğuladı.

Konfransın təşkilat heyətində iştirak edən professor İbrahim Bayyumi isə Ərəb dünyasında Türkiyəyə və Fəthullah Gülən hərəkatına olan marağın belə bir konfransın təşkil olunmasına yolu açdığını dedi. Konfrans əsnasında Gülən Hərəkatının İslamın mahiyyəti və qlobal təsirləri ələ alınacağını vurğulayan Bayyumi "Gülən Hərəkatı Qərb ilə müsbət dialoq üçün digər İslam hərəkatlardan nəyə görə daha çox uğurludur?" kimi suallara cavab axtaracağını bildirdi.

Hərəkat daha əvvəl Kreml, AP, Lordlar Palatasın başda olmaq üzrə Avstraliyadan İraqa, Yəməndən Pakistana qədər bir çox ölkələrdə Gülən Hərəkəti məşhur alimlər tərəfindən müzakirə edilmişdi. Son illərdə Ərəb dünyasında da tanınmağa başlayan Gülənin ərəbcəyə çevrilən əsərləri böyük bir rəğbət qazanmışdır.

Konfransın canlı olaraq veriləcəyi “arabturkdialog.com” internet ünvanına indidən yüz minlərlə adamın daxil olduğunu vurğulayan konfransın mətbuat katibi Dr. Qidam Hafeci isə konfransdan sonra da saytın yayınlarına davam edərək Türkiyə və Ərəb dünyası arasında əlaqələri davam etdirəcəyini dilə gətirdi. Konfrans əsnasında Fəthullah Gülən Hərəkatı ilə birgə XX əsrin ikinci yarısından etibarən təsirli mövqeyə malik olan hərəkatlardaki islah və yenilənmə fəaliyyətləri də müzakirəyə qoyulacaq.

Qahirə Universiteti Obamanı da səmimi qarşılamışdı

Konfransı təşkil edən Qahirə Universiteti Misir və Ərəb dünyasının ən nüfuzlu universiteti olaraq qəbul edilir. Qahirə Universiteti iyun ayında ABŞ-ın Prezidenti Barak Obamanı İslam dünyasına tarixi müraciətinə də ev sahibliyi etmişdi.

Konfransın digər təşkilatçısı üç ildə tirajı 20 minə çatan və ərəbcə nəşr olunan “Hira” jurnalıdır. Abant Platforması ilə Ahram Siyasi və Strateji Araşdırmalar Mərkəzi 2007-ci ildə də Qahirədə "İslam, Qərb və Modernizasyon" başlığı altında bir konfrans təşkil etmiş, türk və misirli ziyalıları bir araya gətirmişdi.

Yığıncağa qatılmaq üçün İndoneziyadan Efiopiyadan, Uğandadan, Rusiyadan – dünyanın dörd bir tərəfindən çox sayda dinləyicinin də gəlməsi gözlənilir.

"İslam Dünyasında İslahatın Gələcəyi: Fəthullah Gülən Hərəkəti ilə Müqayisə etməli Təcrübələr" Konfransı Veb Saytı

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.