Gülən hərəkatı Türkiyəni dünyaya tanıdır

İslam elmləri üzrə amerikalı professor Con L. Esposito (John L.E.) dünyanın hər tərəfində fəaliyyət göstərən Türk məktəbləri və Gülən hərəkatını təqdirlə andı. Hərəkatın missiyasının təkcə Türkiyə ilə kifayətlənməyib bütün dünyanı əhatə etdiyini söyləyən Esposito: "Onların bir məqsədi var, o da dünyanı təhsillə işıqlandırmaq. Buna görə də müasir dövrün Gülən hərəkatına ehtiyacı var", – dedi.

ABŞ Corctaun (Georgetown) Universitetində İslami elmlər üzrə professor olan Con L. Esposito Gülən hərəkatının Türkiyənin dünyada tanınmasında böyük rol oynadığını söylədi. Baş Nazirliyin Xalq Diplomatiyası Kordinatorluğu və Corctaun Universiteti Müsəlman-Xristian Anlayış Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən “Diktatorluqdan Demokratiyaya Keçid” adlı könfransda iştirak etmək üçün Türkiyəyə gələn Esposito "Gülən hərəkatından bütün insanlıq faydalanmalıdır”, – dedi. Zaman qəzetinə müsahibə verən Esposito “Hərəkatın missiyasının təkcə Türkiyə deyil, bütün dünya olduğunu qeyd edərək: "Onların nə siyasi, nə də ideoloji məqsədi var. Onların bir məqsədi var, o da təhsillə dünyanı işıqlandırmaq. Buna görə də, dövrümüzün Gülən hərəkatına ehtiyacı var", – dedi. 2003-cü ildə Gülən hərəkatı haqqında bir kitab yazdığını bildirən professor Esposito obyektivliyi qorumaq üçün Fəthullah Gülənlə heç görüşmədiyini diqqətə çatdırdı. Gülənin evinə yaxın bir yerdə yaşadığını bildirən Esposito "Bir gün ziyarətinə gedə bilərdim, amma çevrəmin Gülənin dostu olduğumu düşünüb obyektivliyimə şübhə ilə yanaşmasından çəkindim" dedi.

Türk məktəbləri yalnız təhsil vermir, eyni zamanda sevgi dilini də öyrədir

Ölkə xaricində fəaliyyət göstərən Türk məktəblərinin uğurlarını da qeyd edən Con L. Esposito “Hər kəsə məlumdur ki, bu məktəblər dünya miqyasında yüksək keyfiyyətli təhsil verir” dedi. Türk məktəblərinin Müsəlman, Xristian və ya Yəhudi ayrı-seçkiliyi etmədiyini deyən Esposito Gülən məktəblərinin insan mərkəzli (homosentrik) fəaliyyət göstərdiyini vurğuladı. Professor Espositonun fikrincə, dünyadaki problemlərin əsas mənbəyi cəhalət, yoxsulluq və ixtilafdır. Fəthullah Gülənin rəhbərliyi ilə açılan Türk məktəblərinin bu sahədə model sayıldığını qeyd edən Esposito "Bu məktəblər böyük bir məsuliyyət şüuru ilə hərəkət edir. Sistemli, qətiyyətli və maddi mənafe güdmədən təhsil verirlər. Üstəlik də Türkiyədəki iş adamları və Türk xalqının könüllü dəstəyi ilə. Burada artıq sözə ehtiyac yoxdur”, – dedi. Bu məktəblərin xüsusilə, gəncliklə əlaqədar problemlər çox olan yerlərdə sayının artmasının zəruriliyini vurğulayan Esposito, "Çünki onlar təkcə təhsil vermir, sevgi dilini də öyrədirlər" deyərək Gülən hərəkatının gələcəyin dünyasında qarşıdurmalardan uzaq yeni bir həyat yolu olacağını qeyd etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.