Gülən Hərəkatı Vaşinqton-da Müzakirə Ediləcək

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton 14-15 Noyabr 2008 tarixləri arasında dünya miqyaslı bir konfransa ev sahibliyi edəcək. “Corctaun Universiteti”ndə həyata keçiriləcək "Qlobal Problemlər Dövründə İslam: Gülən Hərəkatının Alternativ Perspektivləri" adlı konfransda dünya şöhrətli qırx alim iki gün ərzində Gülən Hərəkatının dünya miqyasındakı fəaliyyətlərini və qlobal problemlərlə üzləşən dünyada İslamın yerini müzakirə edəcək.

Konfrans 13 Noyabr tarixində “Corctaun Universiteti”ndə təşkil olunan açılış yeməyi ilə başlayacaq. Dünyanın müxtəlif ölkələrindən konfransa dəvətli olan qırx alimlə yanaşı, Amerikanın mötəbər müəssisələrindən tanınmış fikir adamları, Amerika Konqressinin nümayəndələri və bir çox ölkənin səfirlik nümayəndələrinin iştirak etməsi gözlənilir.

Mərkəzi Vaşinqtonda yerləşən “Rumi Forum”, “Corctaun Universiteti” Rektorluq Ofisi və “Corctaun Universiteti” Müsəlman-Xristian Qarşılıqlı Anlayış Mərkəzi (CMCU) tərəfindən ortaq təşkil olunan konfransın açılışını Dr. Tomas Mişel və Dr. Con Esposito edəcək. “Corctaun Universiteti” Rektoru Dr. Con DiGioianın himayədarlığı ilə həyata keçiriləcək konfransa elə indidən çox yüksək maraq olduğunu ifadə edən konfransın koordinatoru Dr. Əli Yurtsever konfransın xalqa açıq və ödənişsiz olduğunu ifadə edərək, iştirak etmək istəyənlərin www.gulenconference.us saytından qeydiyyatdan keçə biləcəklərini dedi.

Konfransda müzakirə olunacaq mövzuların bəziləri isə bunlardır:

  • Qlobal Bir Problemlə Mübarizə: Yoxsulluq
  • Dialoq: Birlikdə Yaşama Sənəti
  • Qloballaşma: Fürsətlər və Problemlər
  • Sülhün Təhsillə Təmini
  • Qadın Haqqlarına Bir Nəzər
  • İslami Ənənənin Yenidən Şərhi
  • Şiddətin Həll Yolları: Dialoq və Sonrası
  • Ruhanilik və Sufizm
  • Din və Dövlət
  • Nümunələri ilə Gülən Hərəkatının Alternativ Perspektivləri
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.