Gülən səssiz, lakin güclü səsdir

Vatterlu Universitetinin ilahiyyat fakültəsinin professoru Darrol Bryant Fəthullah Gülənin ən bariz xüsusiyyəti aksiyona söykənən böyük işlər gördüyü halda özünü gizlədən, səssiz, lakin güclü səs olmasını söylədi.

Kanadanın Kiçener şəhərində 2005-ci ildə qurulan Ərtoğrul Təhsil Müəssisəsi tərəfindən “Beşincı Dostluq Yeməyi”ni həyata keçirdi. Yeməyə Vaterlu Universitetinin rektor müavini Feridun Hamdullapur və Voterlu Bələdiyyə üzvü Jan Dailli ilə yanaşı elm və iş adamlarından seçkin qonaqlar qatılmışdı.

Şanlıurfa Harranda 15-18 Aprel 2000-ci ildə keçirilən Beynəlxalq Xəlil İbrahim simpoziumunda məruzə oxuduğunu deyən prof. Bryant Gülənin ümumbəşəri ortaq insani dəyərlər ətrafında bütün mədəniyyət və dinləri əhatə edən çözüm təqdim etdiyini vurğuladı. Bryant: "Bu dialoq fikirinin Fəthullah Gülənə məxsus olduğunu illər sonra öyrəndim. 40 ildir, dinlərarası dialoq işinin içindəyəm. Gülən böyük işlər gördüyü halda, özünü gizlədən, səssiz, lakin güclü səsdir. 2008-ci ildə “Foreign Policy” jurnalı 100 yaşayan intellektuallar arasında Fəthullah Güləni birinci seçdi. Bu çox əhəmiyyətli faktordur. Bəşəriyyətin gələcəyi haqqında hələ də ümid var," – dedi.

Təşkilatın aparıcısı Mc.Gill Universitetindən “Canadatürk” müxbiri prof. Fahri Karakaş 4 ildir, Gülən Hərəkatı haqqında araşdırma apardığını deyərək dünyada sülhün təmini üçün fəaliyyət göstərən sülh qəhrəmanlarının içində olan Gülənin gənc insanları ətrafında toplayaraq yüzdən çox ölkədə beş yüz məktəb açdırdığını, bütün insanlara xidmət etdiyini dedi. Bütün dinlərin təməl əsaslarını xatırladan Qaraqaş fərd, cəmiyyət və Kitçenerdə keçərli olan 10 əsas vizionu maddələr halında sıraladı.

Voterlu Bələdiyyə üzvü Jan Dailli isə çıxışında ortaq dəyərlər üzrə çalışan çoxkültürlülüyü dəstəkləyən belə fəaliyyətlərin davam etdirilməsini istədi. (Faruk Aslan, Kitchener)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.