Güləndən ilham alan məktəblər beynəlxalq markaya çevrildi

Nigeriyanın paytaxtı Abujada keçirilən “Fəthullah Gülənin Düşüncə və Aksiyonunu Araşdırmaq. Birgəyaşayış və qarşılıqlı anlayış mədəniyyəti” adlı konfransın ikinci günündə dünyanın hər tərəfində açılan məktəblər və dialoq fəaliyyətələri müzakirə olundu.

Xüsusən Nigeriyanın, ümumən bütün Afrikanın təhsil problemlərinin müzakirə olunduğu konfransın birinci günü bu problemlemlərin həllində ilhamını F. Gülənin fikirlərindən alan Könüllülər hərəkatının potensial imkanlarından söhbət açıldı. Gülənin fikirlərini Karen Armstronq və Cənubi Afrikalı Aparteid əleyhdarı Baş Yepiskop Denis Harleyin (D.Hurley) düşüncələri ilə müqayisə edən prof. Maykl Antoni Samuel (Michael Anthony Samuel) türk məktəblərində təhsil alan şagirdlərin fərddən cəmiyyətə – hər səviyyədə qurucu fəaliyyətə yol açdığını və bunun “höküməti olmayan bir demokratiya modeli” təşkil etdiyini söylədi.

Nigeriyalı pedaqoq prof. Qidado Tahir qeyd etdi ki, ölkədə ən böyük problem kasıb ailələrin uşaqlarının təhsil imkanlarından məhrum olmasıdır. Tahir təhsili bir gəlir mənbəyi deyil, bir insanlığa xidmət sahəsi kimi görən Gülənin tələbələrinin bu yanaşma tərzinin bir mənada inqilab mahiyyətli həll yolları olduğunu bildirdi. Konfransa Amerikadan gələn və İndoneziya Türk məktəbləri haqqında apardığı bir araşdırmanın nəticələrini təqdim edən Marqarit Conson (Margaret A. Johnson) iyirmi ildə Orta Asiyada bir neçə məktəbdən dünyanın 120-dən çox ölkəsində yayılan bu təhsil müəssisələrinin sirrindən danışdı. Consonun fikrincə, Gülənin sirri, əslində sərmayəçi temin olan “qlokalozasiya”da yatır. Qlobalizasiya və lokalizasiya sözündən törəyən bu ifadə yeni bir məhsulu dünya bazarına çıxararkən yerli ehtiyacları nəzərə alıb kiçik dəyişikliklər etmək deməkdir. Dünyanın hər yerində Türk məktəbləri əvvəlcə həmin ölkənin məktəbi, daha sonra Türk məktəbi olduğunu dedi.

Konfransın ikinci günü Banqladeşin Dhaka Universitetindən prof. Maimul Ahsan Xan (Khan) “Fəthullah Gülənin düşüncəsində inanclar və mədəniyyətlər dialoqu”, ABŞ-ın Hyuston Universitetində fəaliyyət göstərən Gülən İnstitutundan Said Yavuz “11 Sentyabrdan sonra öyrəndiyimiz acı bir dərs: İnanclar və mədəniyyətlər arası dialoqun zəruriliyi” və Albaniyanın Tirana Universitetindən prof. Gjergi Sinai “Humanist perspektivdən Gülənin fəlsəfəsi” adlı məruzələrlə çıxış etdi. Konfransın yekun sənədində tədbirin amacının “sülhlə mütəməyyiz bir gələcəyin toxumlarını atmaq” olduğunu və bunun böyük hissəsinin də həyata keçdiyi vurğulandı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.