Gülənin fikirləri dünyanın mövcud problemlərinin həlli ola bilər
Potsdam Universitetinin əməkdaşı prof. Sylvia Powels-Niami "Müasir dövrdə gedərək artan ictimai süqutun alternativ çözümü İslam əsaslı Fəthullah Gülənin təlimidır" deyə vurğuladı.
Potsdam Universiteti əməkdaşı teoloq professor Sylvia Powels-Niami Fəthullah Gülənin İslam əsalı fikirləri dünyanın problemlərini həll etmək üçün mühüm bir alternativ olduğunu söylədi. Kölndə Mədəniyyətlərarası Dialoq Dərnəyinin (IKULT) təşkil etdiyi "Tarixdə İslam Tolerantlığı" mövzulu konfransda Qərbin tarixi sənədlərinə əsasən geniş bir məruzə oxuyan professor Sylvia Powels-Niami: "İslam tarixinə nəzər yetirsək, xristian və yəhudilərin tolerans şəraitdə yaşadıqlarını görərik" dedi. İslamiyyətdə qeyri-müsəlmanlara xoşgörü və tolerantlıq bilavasitə Qurani-Kərim və Hz. Məhəmməd əsaslıdır deyən Sylvia Powels-Niami, dövrümüzdə bu tolerantlığın ən böyük təmsilçisi Gülən və hərəkatı olduğunu qeyd etdi.
Çağdaş problemlərin çoxuna qlobal sərmayənin və onların önünü açmaq üçün özləri qoyduqları qanunları belə tapdalayan siyasətçilərin səbəb olduğunu deyən teoloq, bunların müstəmləkələşdirmə, yoxsulluq, ətraf-mühit kirliliyi və s. böyük fəlakətlərə zəmin hazırladığını ifadə etdi. Professor Sylvia Powels-Niami: "Bunun həlli üçün bir alternativ də Fəthullah Gülənin bütün dünyaya yayılmış İslam əsaslı reform hərəkatıdır. Müsəlman türklər yüz illərdir həyata əks etdirdikləri tolerantlıq və xoşgörüyə sahibdirlər. Min ildən çoxdur ki, İslamiyyət burada bənzərsiz bir tolerantlıq göstərdi. Bu tolerantlıq müsəlman türk təsəvvüfünə söykənir. Gülən bu köklərdən bəslənir və buna yeni bir anlayış gətirir" dedi.
Gülənin insanları sevgi, xoşgörü və dialoq əsasında yenidən maarifləndirdiyini deyən teoloq, dialoqun müxtəlif mədəniyyət və dinləri, qonşunu, yoldaşı tanımağa və əsla düşmənçilik etməməyə dəvət etdiyini ifadə etdi. Gülənin sufizmi daha da irəli addım ataraq tolerantlıq və dialoqu bir vəzifəyə çevirdiyini deyən professor Sylvia Powels-Niami: "Fəthullah Gülən düşüncə və davranışlarda nümunəvi insanlığı, ən çətin şərtlərdə belə müsbət davranışı şərt qoşur. Ortaq etik və ictimai dəyərlər ilə təhsilə böyük əhəmiyyət göstərir" dedi. Fəthullah Gülənə reformçu və ictimai islahatçı kimi baxmaq olar deyən professor Sylvia Powels-Niami: "Ancaq o, eyni zamanda spiritualizm ustadıdır, çünki mənəvi problemlərdən qaçmır, əksinə həll edir. Arqumentləri çox məntiqli, konsept və təqdimatı qeyri-adi dərinliyə və keyfiyyətə malikdir" dedi.
Professor Sylvia Powels-Niami müsəlmanların xoşgörüsünə nümunə olaraq Səadət əsrindən, Hz. Ömər dövründən, Əndəlus və Osmanlıdan nümunələr verərək Fəthullah Gülənin də belə bir tolerantlıq mədəniyyətindən gəldiyini, bu səbəblə düşüncələrinin bir çox müasir problemə çarə ola biləcəyini vurğuladı.
Konfransın aparıcısı "IKULT" müdiri Ejder Sabancı idi. Çox sayda Alman qonaqları konfransı maraqla izlədi. Prof. Klaus Otte də "IKULT"un verdiyi "2009 dialoq mükafatı"nı almaq üçün konfransda iştirak etdi. Otte: "ABŞ-a gedib Gülənlə görüşdüm. Ondan təsirləndim" dedi.
- tarixində yaradılmışdır.