Gülənin Fikirləri Malaziyada Müzakirə edildi

Dünyanın bir çox ölkəsində akademik səviyyəli tədqiqatların mövzusu olan Fəthullah Gülənin fikirləri bu dəfə də Malaziyada müzakirə edildi. "Fountain Türk Mədəniyyət Mərkəzi"nin təşkil etdiyi seminara qatılan alimlər Gülənin fikirləri və bu fikirlər ətrafında formalaşan könüllülər hərakatı haqqında çıxış etdilər.

“Malaziya Beynəlxalq İslam Universiteti”nin (MUIU) “İslam Düşüncəsi və Mədəniyyəti İnstitutu”nda həyata keçirilən seminar təqribən iki saat davam etdi. “İslamda Qloballaşma və Gülən Hərəkatı” sərlövhəli seminara “Harford Seminary”dən Prof. İbrahim Əbu Rəbi, və “MUIU”-dən Prof. Əbdüləziz Bergaut, Dos. Dr. Azmuddin İbrahim və Dr. Ömər Zaid qatıldı.

Prof. Əbu Rəbi Gülən hərəkatının fikir mənbəyindən və xronologiyasından bəhs edərkən, digər natiqlər təhsil və qloballaşma mövzularını vurğuladılar. Prof. Bergaut Gülən hərəkatının ideal insan yetişdirmə hədəfini və dəyişən dünya şərtlərinə baxmayaraq bu hədəfə çatmadakı müvəffəqiyyətini analiz etdi.

Təhsil haqqında danışan Doc. Dr. Azmuddin Gülən hərəkatının təhsil anlayışını qloballaşdırdığına diqqət çəkdi. Dr. Ömər isə dövrümüzdə təhsilin əhəmiyyətindən və yanlış əllərdə alınan təhsilin pis nəticələrindən bəhs edərək Gülən hərəkatının dünya səviyyəsindəki təhsil fəaliyyətlərinin bütün insanlıq üçün əhəmiyyətli olduğunu vurğuladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.