Gülənin həyatı və fikirləri kitablaşdırıldı
Banqladeşin paytaxtı Dəkkədə “Fəthullah Güləni Banqladeş və Uzaqlara Anlatma” adlı kitabının təqdimat mərasimi keçirildi. Daqqa universiteti hüquq fakültəsi nümayəndəsi prof. Maimul Ahsan Khanın qələmə aldığı və iki dildə - Benqal və İngilis dilində nəşr olunan kitabda Gülənin həyatı və fikirlərinə yer verildi.
Banqladeş Türk Kültür Mərkəzində keçirilən təqdimat mərasimində alimlər, media mənsubları və digər qonaqlar iştirak etdi. İştirakçılar Gülənin fikirlərindən çox təsirləndiklərini ifadə etdilər. Çıxışlarda Gülənin dialoq, tolerantlıq, dünya sülhünə töhfəsi və təhsil fəaliyyətlərindən söz açıldı.
Banqladeş Elmlər Akademiyasının Rəhbəri prof. M.Shamsher Ali: “Fəthullah Güləni başa düşmək dünyaya sülh gətirəcək” dedi. Prof. Ali Gülənin tolerantlıq və dialoq fəaliyyətlərinə görə dövrün Mövlanası olduğunu söylədi.
Yazıçı prof. Khan isə: “İlk dəfə idi ki kitab yazanda çətinlik çəkdim,” – dedi. “Onlarla kitab qələmə aldım. Ancaq ilk dəfədir ki, bu qədər çətinlik çəkdim. Başa düşdüm ki, Güləndən bəhs etmək qüvvəm xaricindədir. Həmçinin Fəthullah Güləni ailəmdən biri kimi, onu baba kimi görürəm. Avropadakı yoldaşlarım mənə türklərin tarixdə dəfələrlə Avropanı fəth etmək istədiyini və bunu bir daha təkrar edəcəklərini söylədilər. Ancaq bu səfər Avropanı qəlbləri fəth edərək fəth edəcəklər”, dedi. Bu da Gülənin dəyərli fikirləri ilə baş verəcək. Bu cümlədən Fəthullah Gülənin təhsillə bağlı fikirləri dövrümüzün yeganə çarəsidir”.
Banqladeş Türk Kültür Mərkəzinin Rəhbəri Fatih Çelik də çıxışında belə fəaliyyətlərin iki ölkə arasında mədəni münasibətləri möhkəmləndirdiyini bildirdi. (İbrahim Sağır)
- tarixində yaradılmışdır.