GYV “yalan və iftiralara” aydnılıq gətirib
Jurnalistlər və Yazarlar Vəqfinin (GYV) sədri Mustafa Yeşil hökümətin fərqli düşüncələrə mənsub insanları təcrid etdiyini, hətta “şeytanlaşdır”dığını söyləyib. Yeşil, Fəthullah Gülən Xocaəfəndinin təhvilinin tələb edilməsinə və ölkə xaricindəki Türk məktəblərinin bağlanmasına dair atılan addımlara da etirazını bildirib.
GYV-nin son dövrdə aktual olan məsələlərlə əlaqədar Svis hoteldə keçirdiyi mətbuat konfransında çıxış edən Mustafa Yeşil Türkiyədə demokratiyanın insan hüquq və azadlıqları sahəsində geri addımlar atdığını söyləyib. Yeşil: “Cəmiyyətimizin uzun illər boyu böyük çətinliklərlə əldə etdiyi demokratik və mültikultural toplum siyasi məqsədlər uğrunda hədər edilməkdədir. Başda AB olmaqla mühüm beynəlxalq təşkilatları da Türkiyədəki gedişatın acınacaqlı olduğunu ifadə edirlər. Demokratiyanın əvəzolunmaz meyarı sayılan mətbuat azadlığının əleyhinə alınan qərarlar heç də ürəkaçan deyil. Ölkələrin mətbuat azadlığının səviyyəsini müəyyənləşdirən beynəlxalq təşkilatların 2014-cü il hesabatına görə Türkiyənin “mətbuat sahəsində qeyri-azad ölkələr” siyahısına düşdüyünü açıqlamışdır”, - deyib.
“Hökümət adına çıxış edən bəzi siyasətçilər nifrət dolu ifadələrlə və toplumda gərginlik yaradaraq fərqli düşünən kəsimləri təcrid etməkdə, hətta “şeytanlaşdırmaqdadır”, - deyən Yeşil sözünə belə davam edib: “Bu vəziyyət milli birliyimizi təhdid etməkdədir. Buna paralel olaraq toplumun təbəqələri arasında, ələlxüsus da mühafizəkar kəsimdə kəskin təfriqə müşahidə olunur. Bütün bunlar toplum içərisində elə bir paranoyyaya səbəb olur ki, təsiri uzun illər boyu özünü göstərə bilər. Konstitusiya Məhkəməsindən mediaya, iş dünyasından insan hüquqları təşkilatlarınadək fərqli və tənqidi görüşləri dilə gərirən hər bir şəxs və qurumlar hədəf alınaraq gözdən salınır. Bu qaralama kampaniyasının hədəf seçdiyi kəsimlərdən biri də Hizmət hərəkatıdır. Şəxsən Baş Nazir Rəcəb Tayyib Ərdoğan, bəzi nazirlər və hökümətə yaxın media orqanlarının Hizmət hərəkatı əleyhində apardığı qaralama kampaniyası artıq nifrət həddini aşmışdır. Bununla yanaşı, fərqli düşüncələrə mənsub insanlar və qurumlar dövlətin imkanları və gücü ilə “vətənə xəyanət” və “çevriliş” şüarları ilə ittiham edilməkdədir. Demokratik hüquq dövləti ilə qətiyyən bir araya sığımayan əsas insan hüquqlarını ayaq altına atıb tapdalayan bu ifadə və əməllər ictimaiyyətin hüzurunda cərəyan etməkdə, siyasi məqsəd və mənafelər üçün icranın gücündən də istifadə edərək hüququn öz vəzifəsini icra etməsinə əngəl törədilməkdədir.
Zülm son həddə çatmışdır
Fəthullah Gülən Xocaəfəndinin təhvil verilməsi və xarici ölkələrdə fəaliyyət göstərən Türk məktəblərinin bağlanması istiqamətindəki fəaliyyətlərə də etiraz bildirən Yeşil: “Millətimizin fədakarlığının məhsulu, dünyada qürur mənbəyimiz və beynəlxalq marka olan Türk məktəblərini qaralayaraq dövlət imkanlarından istifadə etməklə bu məktəblərin bağlanmasına çalışmaq müəllimlərimizə göstərilən ən böyük haqsızlıqdır. Fəthullah Gülən Xocaəfəndinin gülünc bəhanələrlə təhvil verilməsinin istənilməsi, Hizmətə könül verən iş adamlarına təzyiq göstərilməsi və Ərdoğanın etdiyi “bunlara su belə yoxdur” təhdidlərindən sonra boykot və zülmlər hərbi çevriliş dövrlərindən də betər hala gəlmişdir. Həqiqət budur ki, hüquqa məhəl qoymayaraq Cameə əleyhinə həyata keçirilən bu qaralama kampaniyasının gələcəkdə fərqli dini camaatları və digər QHT-ləri hədəf almayacağına heç kim təminat verə bilməz”, - deyib.
Baş Nazir Ərdoğanın bir ABŞ televiziya kanalına verdiyi müsahibədə Fəthullah Gülən Xocaəfəndi haqqında “Strateji tərəfdaşımız ABŞ-nin Fəthullah Güləni təhvil verməsini ümid edirəm. Ən azı deportasiya etməlidirlər”, sözlərini xatırladan Yeşil: “Barəsində heç bir cinayət işi açılmadığı halda Baş Nazirin bu ifadələri işlətməsi çox təhlükəlidur. Əgər bir cinayət işi açılarsa, aydındır ki, siyasət buna açıq şəkildə müdaxilə edəcəkdir. Xocaəfəndi keçmişdə müxtəlif ittiham və iftiralarla mühakimə olunmuş və bəraət etmişdir. Hüquqi prinsiplər baxımından təhvili üçün heç bir əsas və dəlil yoxdur. Bunları bilə-bilə mediada bu cür bir addım atmaq “cameəni ABŞ idarəsi altında bir təşkilat kimi göstərməyə” çalışmaqdır. Halbuki ümumbəşəri insan hüquqları çərçivəsində birgəyaşayışı özünə şüar seçən Hizmət cameəsi ABŞ-ın da daxil olduğu təxminən 160 ölkədə təhsil fəaliyyətləri ilə məşğuldur. Bütün bu fəaliyyətləri ictimaiyyətə bir dövlətin, bir mədəniyyətin və ya bir gizli təşkilatın nəzarəti altında olduğunu göstərməyə çalımaq Anadolunun hər bir kəsimindən fədakar könüllülər başda olmaqla bütün bu ölkələrdəki fərqli din, dil və mədəniyyətə mənsub Hizmət hərəkatı dostlarına həqarət və böhtandır”, deyib.
Konfransda verilən sual və cavablar
Ayasofiyanın ibadətgah kimi fəaliyyət göstərilməsi haqqında nə düşünürsünüz?
Ayasofiyanın ibadətgah fəaliyyət göstərməsi ilə bağlı sosial şəbəkələrdə müəyyən təbliğatlar aparılır. Bu barədə hər kəsin özünəməxsus düşüncəsi ola bilər. Xüsusilə mühafizəkar təbəqənin belə bir həsrəti ola bilər. Hizmət hərəkatının bu mənada belə bir kompaniya aparması mümkün deyil. Biz, Ayasofiyanın ibadətə açılmasının birbaşa höküməti mararaqlandıran və beynəlxalq ictimaiyyəti də əlaqələndirən bir məsələ oldğunu düşünürük. Hizmət olaraq bu sayaq kampaniyaların həyata keçirilməsinə razı deyilik. Bu məsələ ilə fərdi olaraq maraqlananlar varsa, bu da onların şəxsi işidir.
Hizmət hərəkatının əleyhinə görülən işlər haqqında nə düşünürsünüz?
Yenə deyirəm, “Paralel” kimi təqdim edilən bir təşkilat varsa, üzə çıxarılmalı, hüquqi yollarla müəyyənləşdirilməli və mühakimə edilməlidir. Məhkəmə işi açılmadan bunu cameənin üstünə yıxmaq doğru deyil. Belə bir addım təkcə Hizməti deyil, bütün digər camaatlara da təsir edəcəkdir.
Konfransdan bəzi qeydlər
- Xocaəfəndi keçmişdə buna oxşar iddialarla mühakimə edilmiş və bəraət etmiş.
- Təhvlili üçün lazımi dəlil və sənəndlər yoxdur.
- Hər hadisədə cameənin günahlandırılması qəbuledilməzdir.
- Dəlilsiz iddialarla aparılan qaralama kampaniyaları qəbuledilməzdir.
- Baş Nazirin “kaset” iddiaları cəmiyyətdə “yeni bir şantaj” fikri formalaşdırmaqdadır.
- Hizmət cameəsi çirkin iftiralarla qaralanmaqdadır.
- Telefon dinləyən cinayətkarları üzə çıxarmaq hökümətin namus borcudur.
- Hizmət öz prinsiplərinə əsla güzəştə getməmişdir.
- Hizmət hərəkatı cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün öhdəsinə düşən vəzifəni layiqilə yerinə yetirməyə çalışacaqdır.
- tarixində yaradılmışdır.