Hacı Ata ölümünün 14-cü ilində anıldı

O, qəhrəman idi, böyük qəhrəman. Özü də səssiz qəhrəman. Heç vaxt "mən" demədi, öndə görünmək istəmədi. Başladığı işin səmərəsini görəndə sevincini dualarla ifadə elədi. Allahdan savayı kimsədən təmənna ummadı, dünyaya sevgi, bərəkət toxumları səpdi, Azərbaycanı dolaşdı, Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda oldu. Getdiyi hər yerdə adına "Hacı Ata" dedilər, heç adını da doğru-düzgün bilmirdilər. Martın 13-ü Hacı Yusif Kamal Əriməzin ölümünün 14 ili tamam oldu və təkcə Türkiyədə deyil, adını çəkdiyimiz türk ölkələrindən gəlmiş sevənləri onu məzarı başında dualarla yad etdilər.

11926-cı ildə Samsunda doğulmuşdu. Amma ömrünün bərəkətli illəri İstanbulla bağlandı. İş həyatına girib, xeyli sərvət qazanmışdı. Halallıq həyatının düsturu idi. Örnəyi özündən olan Könüllər Hərəkatı ilə tanış olanda bu düşüncənin öncülləri arasında yer aldı. Gözünün nurunu, sərvətini, sağlığını, heç nəyini əsirgəmədi. Ailəsini İstanbulda qoyub, aylarla Azərbaycanda, Orta Asiya respublikalarını dolaşdı. Türk respublikalarını bir-birinə bağlamaq, türk liseylərinin yayılması, genişlənməsi üçün əlindən gələni elədi. Orta Asiya respublikalarına Azərbaycan üzərindən gedərdi. Ona görə də tez-tez qəzetimizin redaksiyasını ziyarət edərdi, nurlu sifəti, həlim danışığı ilk baxışdan insanın qəlbini fəth edirdi, onun səmimiyyətinə, sevgisinə, duyğu və düşüncələrinin xeyirxahlığına inanmamaq mümkün deyildi. İş həyatında qazandığı sərvəti insanlığın sabahı, türk dünyasının yaxınlaşması üçün sərf edirdi və sərf etdikcə də sevincindən, fərəhindən quş kimi uçmaq istəyirdi.

Məktəb üçün alınmış sökük-salxaq bir binanın təmirində qolunu çırmayıb, fəhlə qədər işləyirdi, özünü kimsədən yuxarı tutmazdı, uşaqla uşaq idi, böyüklə böyük.

Bütün türk respublikalarında işləmiş, hər yerdə bir iş başlayıb, yeni ünvanlara tələsmişdi. Sonuncu dəfə halı pisləşəndə də Türkiyədə deyildi, Tacikistanda idi, amma son nəfəsini İstanbulda verdi.

Tabutu milyonların barmağı ucunda daşınıb İstanbulun Topqapı məzarlığında torpağa tapşırıldı. Martın 13-də təkcə Türkiyədən deyil, dünyanın bir çox yerlərindən sevdikləri onun məzarını ziyarətə gəlmişdilər. Ailəsi, övladları onu sevənlərin arasında nəzərə çarpmırdı belə. O, təkcə öz övladlarının deyil, bütün sevdiklərinin Hacı Atası idi. Allah qəni-qəni rəhmət eləsin, məqamı cənnət olsun! (Əli Çərkəzoğlu)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.