Hamı Onun (s.a.s.) həyatını oxuyur
“Peyğəmbər yolu” dərnəyi Uca Peyğəmbərimizi yaxından tanımaq və tanıtmaq üçün “Hamı Onu oxuyur” adlı kompaniya başladıb. Peyğəmbərimizin həyatı, gözəl əxlaqı və sülhsevərliyindən bəhs edən kompaniyanın yekununda müsabiqə keçiriləcək. Müsabiqədə yer tutanlar Ümrəyə göndəriləcək.
Peyğəmbərimiz Həzrət Məhəmmədi daha yaxşı tanıtmaq üçün “Peyğəmbər Yolu” dərnəyi tərəfindən təşkil edilən “Hamı onu oxuyur” adlı kompaniyanın İstanbul Toplantı Mərkəzində təqdimatı keçirilib. Kampaniya Türkiyə və dünyada yaşayan hər kəsi Peyğəmbərimizə (s.a.s.) həsr edilən kitabları oxumağa təşviq edir. Türkiyə və Avropada keçirilən müsabiqədə yer tutanlar mükafat gözləyir. Təqdimatda çıxış edən “Peyğəmbər Yolu” dərnəyinin sədri Əli Dəmirəl “Peyğəmbərimiz 7600 gün ömür sürmüşdür. Biz hər bir gününü öyrənmək istəyirik.” deyib. Kompaniyanın rəsmi saytı herkesonuokuyor.com haqqında da məlumat verən Dəmirəl “Saytda dərc edilən araşdırma Allah Rəsulunun hər bir gününü öyrənir. “Vəhy gəlməmişdən əvvəl Nəbilər Sərvəri nə etmişdir, kimə nə demişdir?” kimi suallara cavab verməyə çalışmışıq.” deyib.
“Hamı Onu oxuyur” layihəsinin kordinatoru Süleyman Quzu bildirib ki, kompaniyanın məqsədi Peyğəmbərimizi (s.a.s) hamıya tanıtmaq və adını hər yana yaymaqdır. “Uca Peyğəmbərimizə iman etmək Onu yaxından tanımaqla düz mütənasibdir. Əfsuslar olsun ki, Nəbilər Sərvərini layiqincə tanımırıq. Bu səfərbərliyi cəmiyyətimizə Onu tanıtmaq üçün başlatdıq.”
- tarixində yaradılmışdır.