Henri Barki: “Camaatın elədiyinə inanmıram”

Henri Barki: Camaatın elədiyinə inanmıram

Mərkəzi Nyu Yorkda yerləşən Xarici Əlaqələr üzrə Şüyranın (CFR) “Türkiyə güncəli” verilişində çıxış edən Türkiyə üzrə mütəxəssis professor Henri Barki (Henri J. Barkey) Xarici İşlər Naziriliyinin binasında keçirilən iclasın səsyazılarının əslində hökümətə sərf etdiyini iddia edib. Barki: “Bu çox müəmmalı bir hadisədir. Səsyazıları içəridən qeydə alınıb. Otaqda dörd nəfər var və o otağa mikrofonun keçməsi mümkün deyil. Bunun Camaatın elədiyinə inanmıram. Əslində səsyazıları skandalı hökümətə sərf etdi. “Bu işdə onların əli var”, demək istəmirəm, bunu həyata keçirənlər Camaat deyil”, deyib.