Hər kəs bizi tərk edəndə onlar bizimlə idi
Dövlət Naziri Hayati Yazıcı Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə Batumidə “Çağlar” Öytərim Şirkətinin yeni məktəb binasının açılışını etdi.
Saakaşvili açılışdakı çıxışda: "Onlar elə bir dövrdə gəldilər ki, o dönəmdə heç kim Gürcüstana ayaq basmaq istəmirdi. Ağır şəraitdə gəldilər və getmədilər," – dedi.
Gürcüstanın tərkibində olan Batumidə yerləşən “Çağlar Öytərim Şirkəti” R. Şahin Dostluq Liseyinin yeni binasının açılış mərasimində Nazir H. Yazıcı, prezident Saakaşvili, Gürcüstanın Maliyyə Naziri Qaxa Bainduraşvili, Artvin Valisi Mustafa Yemlihalıoğlu, Rizə Bələdiyyə Başçısı Halil Bakırcı və digər səlahiyyətli şəxslər iştirak etdi. Mərasimdə çıxş edən Saakaşvili Gürcüstan və Türkiyənin dost ölkələr olduğunu vurğuladı. Gürcüstanda bu cür təhsil müəssisələrin çoxalmasından məmnun olduğunu dedi. Preziden Saakaşvili: "Gürcüstanda təhsil sahəsində çox böyük islahatlar aparılır. Bizim məqsədimiz Gürcüstan təhsilini dünya təhsil sistemi ilə inteqrəsiya etməkdir. Bu mənada Türk dostlarımızın fəaliyyətləri bizim üçün böyük əhəmiyyət kəsb edir. Onlar elə bir dövrdə gəldilər ki, heç kim Gürcüstana ayaq basmaq istəmirdi. Əksinə hər kəs Gürcüstandan qaçırdı. Çətin dövrdə gəldilər və o dövrdə heç kim onlara əl uzatmadı. Onların necə əleyhinə olduqlarını mən yaxşı xatırlayıram. Min cürə şaiyələr çıxardıldı. Ancaq Gürcüstanda ən yaxşı təhsil müəssisələrini onlar qurdular. Bu məktəblər Türkiyə və Gürcüstan dostluğunu möhkəmləndirəcək insanlar yetişdirir. Bu məktəblərin ən əhəmiyyətli cəhəti də vətənpərvər insanlar yetişdirməsidir. Çünki Türklər vətənpərvərliyin nə demək olduğunu çox yaxşı bilirlər. Mən onlara bu fəaliyyətlərinə görə təşəkkür edirəm."
Çıxışdan sonra Saakaşvili, nazir H. Yazıcı və digərləri məktəbin açılışını etdi. Hayati Yazıcı isə açılışdan sonra belə dedi: "Bu fəaliyyətlərə görə yoldaşlarımızı təbrik edirəm. “Çağlar” Öyrətim Şirkətinin burada təhsilə çox böyük yatırımı var. Həmçinin Beynəlxalq Qaradəniz Universiteti var. Bu məktəblərdə oxuyan tələbələr yüksək təhsili alırlar. Onlar buna görə seçilirlər. Olduqca faydalı bir fəaliyyətdir". (Fatih Demir)
- tarixində yaradılmışdır.