“Hərbi çevriliş dövründə belə bu qədər təhqirə məruz qalmadıq”
Fəthullah Gülən Xocaəfəndinin qardaş-bacıları və qohumları Ərzurumda mətbuat konfransı təşkil edərək təhqir və böhtanlara etirazlarını biliriblər. Xocaəfəndinin qardaşı oğlu Kamal Gülən Türkiyənin yaxın tarixdə belə mütəşəkkil bir qaralama kampaniyasına şahid olmadığını söyləyib: “Zülm və haqsızlıq qarşısında susaraq dilsiz şeytan olmaq istəmirik.”
Aralarında Fəthullah Gülən Xocaəfəndinin qardaş-bacılarının da olduğu qohumları Ərzurumda bir araya gələrək qaralama və böhtanlara etirazlarını bildiriblər. Ailə adından bəyanatı oxuyan Xocaəfəndinin qardaşı oğlu Kamal Gülən deyib: “Dövlətin malını dəniz görənlər, bir loğma və bir nimdaş libasla yaşamaq nədir bilməyənlər möhtərəm böyüyümüzə çamur atmağa qalxır. Amma bilməlidirlər ki, bu çamurlar onun dumduru həyatında əsla iz buraxmayacaq”. Nə hərbi çevriliş dövrlərində, nə də 28 Fevral kimi psixoloji təzyiq və hücum dövrlərində Xocaəfəndinin belə çirkin təhqirə məruz qalmadığını söyləyən Gülən, “Ona edilən zülm və haqsızlıq qarşısında susaraq dilsiz şeytan olmaq istəmirik” ifadəsini işlədib. O, ailə olaraq bu günə qədər Xocaəfəndini xəcalətli edəcək bir şey etmədiklərini söyləyib: “Ailədə hər kəs öz yağında qovrulacaq, çörəyini daşdan çıxaracaq, amma, inşallah ,millətimizin hüsnü- zənnini boşa çıxartmayacağıq. Xocamızı utandırmayacağıq”. Kamal Gülən, Hizmətə yönələn hücumlar səbəbilə böyük kədər yaşayan Xocaəfəndinin bu ifadələrini də xatırladıb: “Anam, atam, hətta qardaşlarım -hamısı eyni gün vəfat etsələr, bu qədər kədərlənməzdim.”
17 dekabr korrupsiya və rüşvət istintaqının ardından AKP hökumətinin Fəthullah Gülən Xocaəfəndi və Hizmət hərəkatına qarşı başlatdığı qara təbliğat artaraq davam edir. İctimaiyyətə yönələn haqsız və ağır ittihamlar könülləri yaraladığı bir vaxtda Xocaəfəndinin qohumları Ərzurumda bir araya gələrək qaralamalara cavab verib.
“Polat Renaissance” hoteldə təşkil edilən tədbirdə Xocaəfəndinin qardaşları Seyfullah, Məsih, Saleh, Qütbəddin Gülən, bacısı Fəzilət Korucuk və qardaşı oğlu Kamal Gülən kameraların qarşısına keçib. Ailə adından müştərək bəyanatı Kamal Gülən oxuyub. Xocaəfəndinin dünya adına heç bir təmənnası olmadığını söyləyən Kamal Gülən, “Millətin iman yanğınını söndürmək üçün bir ömür xərcləyib. Ancaq Hizmət hərəkatına edilən bu ağlasığmaz hücumlar qarşısında dözə bilməyib “Anam, atam, hətta qardaşlarım hamısı eyni gün vəfat etsələr, heç bu qədər kədərlənməzdim” deyərək kədərinin dərəcəsini ifadə edib. Biz də qarışqa kimi onun bu ürək yanğınına bir damla ilə də olsa su daşımaq üçün bir araya gəlmişik” sözləriylə bir araya gəlmələrinin səbəbini açıqlayıb.
Xocaəfəndi könül memarıdır
Aylardır iradi olaraq susmağı seçən Xocaəfəndinin səssizliyini fürsət bilənlərin meydanlarda onun arxasından danışmalarını və bəzi mətbuat orqanları tərəfindən hədəfə qoyulmasını qınayan Gülən deyib: “Nə çevriliş dövrlərində, nə də 28 Fevral kimi psixoloji təzyiq və hücum dövrlərində Xocaəfəndinin mənəvi şəxsiyyəti bu cür təhqir edilmədi, belə çirkin təhqirə məruz qalmadı”.
Xocaəfəndinin Türkiyənin yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayaraq belə davam edib: “O, bir könül memarıdır. Hamımız bilirik ki, Şam və Ahlatdan köç edərək Ərzuruma yerləşən ailəmizin kökləri, Möhtərəm Xocamızın babaları bu millətə maddi-mənəvi bir çox sahədə xidmət etmiş şəxsiyyətlərdir. Ərzurum qubernatorlarından Qurd İsmayıl Haqqı Paşa, Ədirnə vəkili Şükrü Paşa, Hələb müftisi Mustafa Əfəndi, ahlatlı Seyyid Həmzə bunlardan yalnız bir neçəsidir. Alvarlı Efe Həzrətləri, Ərzurumun və ətraf kəndlərin mənəvi sütunudur və Xocaəfəndinin həyatında xüsusi bir yer tutur. Xocaəfəndi, Ərzurumun ən məşhur alimlərindən dərs almış və nəhayət Bədiüzzaman Həzrətlərinin əsərlərini tanıyınca da ömrünü bütün ruhuyla Nurları anlamağa və izah etməyə həsr edib.”
Edilən bu zülmə səssiz qalıb dilsiz şeytan olmaq istəmirik
Gülən, Xocaəfəndinin ömürünü kitablar arasında keçirdiyi və yetmişdən çox əsərinin olduğunı da ifadə etdi: “Fikir və fəaliyyətləri ilə universitetlərdə doktor dissertasiyalarına mövzu olan Xocamızın bəzi əsərləri fakültələrdə dərs kitabı olaraq oxudulur. Hətta dünyada Xocamızın adına universitetlərdə kafedralar quruldu, xarici elm adamları belə qiymətli böyüyümüzdən necə istifadə etdiklərini iftixarla izah edirlər. Biz, bizə dünya və axirət həyatımızın qurtuluş yollarını göstərən Xocaəfəndiyə edilən zülm və haqsızlıq qarşısında susaraq dilsiz şeytan olmaq istəmirik.”
Onun böyük sərmayəsi
Xocaəfəndinin Quran və Sünnəyə sadiq bir həyat sürdürdüyünü və bu mövzuda qohumlarına da gözəl nümunə olduğunu izah edən Gülən, ailə olaraq Xocaəfəndini xəcalətli etməyəcəklərinə dair söz verib: “Onsuz da o, həyatını bir çantaya sığdırmasaydı, minlərlə insan əlindəki bir çantaya həyatını qoyaraq xidmət karvanına qatılardımı? Onun ən böyük sərmayəsi dünyaya pərəstiş etməməsidir. Dünyadan və dünyagirlikdən başqa bir şey düşünə bilməyənlər bunun necə bir zənginlik olduğunu təbii ki, anlaya bilməzlər. Xocaəfəndinin dünya tərəfindən tanınıb bilinməsinə baxmayaraq bu günə qədər nə qardaşları, nə qohumları, nə simsarları, nə də digər yaxınları bu nüfuzundan istifadə etməyi düşünmədilər. Onlar da sadə həyata üstünlük verdilər. Qardaşlarının və yaxınlarının sadə həyatları buna ən güclü dəlildir. Hər kəs öz yağında qovrulacaq, çörəyini daşdan çıxaracaq, amma inşallah millətimizin hüsnü- zənnini boşa çıxartmayacağıq.”
Cəbhə açmaq üçün toplanmadıq
Kamal Gülən bir araya gəlmə səbəblərinə də aydınlıq gətirib. Məmləkətlərində toplanmalarından siyasi bir material çıxarılmamasını istəyən Gülən, bunları dilə gətirib: “Məqsədimiz mübahisələrə yeni bir cəbhə açmaq deyil, yalnız qohum, simsar və yaxınları olaraq ailəmizin iftixar mənbəyi, qiymətli böyüyümüz Xocaəfəndinin məruz qoyulduğu qaralama və yox etmə kampaniyalarının səhv olduğunu bir dəfə də buradan, Dadaşların diyarından, ata ocağından ictimaiyyət ilə paylaşmaqdır. Bu vəsilə ilə Uca Mövladan vətənimizə və millətimizə zaval verməməsini diləyir, daha çox ixtilafların gətirib çıxardığı maddi-mənəvi bərəkətsizliyə, daxili və xarici, siyasi və ictimai dalğalanmalara məruz qalaraq birlik, bütövlüyümüzün pozulmamasını arzu edirik. Xüsusən möhtərəm ailə böyüyümüz Xocaəfəndiyə də Allahdan səhhət, uzun və bərəkətli bir ömür diləyirik.”
Böhtanları dəhşət içində dinləyirik
Kamal Gülən, Xocaəfəndiyə yönələn böhtanların ailə və sevənlərini kədərə boğduğuna da diqqət çəkib: “Son bir neçə aydır aparılan böhtan, yalan və qaralama kampaniyaları, yaxınları və qohumları olaraq bizim ürəyimizi dağlayır. Bəndələrdən vəfa gözləməyi belə Allaha qarşı vəfasızlıq sayan Xocaəfəndi, meydanlardan, ekranlardan, vəfalılığı İstanbulda bir mövqe sayanlar tərəfindən “saxta peyğəmbər”, “həşşaşi”, “içi boş alim”, “şəbəkə lideri”, “virus” və “qan əmici zəli” kimi yalan, böhtan və təhqirlərə məruz qalır. Üstəlik, bu təhqirləri demokratiya, şəffaflıq və insan haqları sözlərini ağızında saqqız kimi çeynəyən siyasətçilər edir, bax, bizim məyusluğumuz burada başlayır. Bunların, sanki sui-istifadə iddiaları yoxmuş, sanki rüşvət və oğurluq iddiaları ortalığa çıxmayıb, sanki dövlət adamları bir yalan üzərinə sərilməyib, sanki ədliyyə sistemi yerlərdə sürünməyə məcbur edilməyibmiş kimi bu qədər böyük problemi görməməzliyə vurub, gözlərini bərəldərək Xocamızı günahlandırmaları qarşısında dəhşətə düşürük. “Min ömrüm olsa Peyğəmbərimizin saçının bir telinə fəda olsun” deyən bir şəxsə ediləcək ən böyük təhqir ona “yalançı peyğəmbər” deməkdir.
Halbuki biz də, millətimiz də Peyğəmbəri dəlicəsinə sevməyi və peyğəmbəranə yaşamağı ondan öyrəndik. Haşa, yalnız bu peyğəmbərlik böhtanı belə insanı hövsələdən çıxarır.”
Əyri söz yiyəsinə qayıdar
Kamal Gülən ərzurumlu daxili işlər naziri Efqan Alanın Xocaəfəndiyə ünvanlanmış “Sən kimsən?” sözlərini xatırlatdığı əsnada salondakılar lənətləmək istəyib. Ancaq Gülən xəbərdarlıq edərək salonu sakitləşdirib. Gülən sonra bunları qeyd edib: “Seçki çətinliyini belə yaşamadan nazir kreslosuna oturan ərzurumlu bir siyasətçi həm də bu şəhərdə möhtərəm böyüyümüzü nəzərdə tutaraq “Sən kimsən sən, biz sənin ağababalarını məğlub etdik” deyərək əlli illik həyatında məsciddən, kürsüdən, konfranslardan və ya daha başqa vəsilələrlə Xocaəfəndini izləyən, mənimsəyən, bir işarəsi ilə Allah rizası üçün yollara düşən fədakar insanları və təbii ki, bizi təhqir etməsini həzm edə bilmirik. Bu hörmətdən və səviyyədən məhrum təhqiri qınayır, pis söz öz yiyəsinı qayıdar” deyərək bu təhqirləri sahibinə qaytarırıq.”
Harada olsanız-olun, yanınızdayıq
Fəthullah Gülən Xocaəfəndinin ölkəyə dönməsi üçün edilən çağırışlara da toxunan Kamal Gülən belə danışıb: “Niyə ölkənə gəlmirsən deyə ona çağırış edirlər. Xocam, gəlib-gəlməmək sizin seçiminizdir. Siz harada olsanız-olun yaxınlarınız, qohumlarınız həmişə sizin yanınızda olacaq. Sizi xeyir-dualarla xatırlayacaq, sizin dualarınızı gözləyəcək. Çox kədərləndik, çox üzüldük. Amma kimsəni incidib, kimsəni üzən də deyilik. Ölkəmiz çətin günlər keçirir, seçki ərəfəsind olduğumuz bu günlərdə bizə düşən, küçənin və meydanların təhrikinə gəlməməkdir; hər zamankından daha sağlam fikirli olmaqdır. Çünki biz barışın, sülhün nümayəndələriyik. Biz, Xocamızın ümidverici sözlərinə baxaraq deyirik ki, “Türkiyənin gələcəyi parlaqdır, bu günlər də inşallah geridə qalacaq.”
Xocaəfəndinin, dünyanın dörd bir tərəfində yüz minlərlə övladı var
Kamal Gülən Fəthullah Gülən Xocaəfəndinin evlənməməsini dilə-dişə salanlara və övlad sevgisindən məhrum olduğunu iddia edənlərə də cavab verib: “Xocaəfəndinin evliliyini dilə-dişə saldılar. Bəli, o evlənməyib, öz dediyi kimi bütün ömrünü xidmətə həsr etmək istəyirdi; bunu edəndə kimsənin haqqına girmək istəmirdi. Nə var bunda? Bəzi peyğəmbərlər, vəli, müctəhid, elm adamı və ya sənətkarlar da evlənməyib. Rəbiyə işarələri ilə səs yığanlar Rəbiətül-ədəviyyənin də ailə qurmadığını bilmirlər hərhalda. Dinə, dini işlərə, millətə xidmət etmək üçün və ya uşaqların, gənclərin halını anlamaq üçün mütləq evlənmək şərtdirmi? Biz övladımıza ondan ad istəyir, balalarımızı necə yetişdirəcəyimizi ondan öyrənir və onun söhbətlərindən bəhrələnməklə uşaqlarımızı tərbiyə etməyə çalışırıq. Hamımız onun övladıyıq, yalnız biz deyil Asiyada, Afrikada, Amerikada minlərlə, yüz minlərlə övladı var, bunlar olimpiadalarda stadionları doldururlar, bütün bu gözəlliklərə vəsilə olduğu üçün başda Xocamıza və millətimizə dua edirlər. Biz də ailəsi olaraq bu dua karvanına qatılır, Rəbbimizin onu və onunla birlikdə gedən dost və yoldaşlarını qoruyacağına inamımızı bir daha burada təkrarlayırıq.”
Xocaəfəndinin sükutu
Kamal Gülən, bəyanatının ardından suallara da cavab verib. Xocaəfəndinin qaralamalar qarşısındakı susqunluğunu dilə gətirən bir sual üzərinə belə deyib: “Əslində Xocaəfəndinin sükut edərək danışdığını söyləyə bilərik. Susmaq da bir növ danışmaqdır, amma anlayan üçün. Susmanın nə cür güclü bir səs olduğunu anlamaq üçün yaxşı uzaqgörənlik və bəsirət sahibi olmaq zəruridir. Bunu belə başa düşmək lazımdır. Onun ekranlardakı polemikalara girməməsi tamamilə danışmaması demək deyil. Xocaəfəndinin aldığı tərbiyəyə uyğun olaraq böhtan, qaralama və yalanlara cavab vermək üçün söyləyənlərin səviyyəsinə enmək lazımdır, aldığı tərbiyəsi bu səviyyəyə enməyə icazə vermir. O səviyyəyə enmədən də bu qaralamalara cavab verilə bilmir. Nə söyləsə, bunu anlamayacaq, bir fikir çıxaracaq həmsöhbət tapmaqda çətinlik çəkildiyini düşünürəm.”
- tarixində yaradılmışdır.