Hərəkat əleyhinə yayımlanan böhtan və qaralama xəbərləri Konstutsiya məhkəməsinə verildi
Fəthullah Gülən Xocaəfəndi şəxsi və Hizmət hərəkatı haqqında təhqir dolu böhtan xəbərlər yayan “medyagundem.com” adlı internet xəbər portalı barədə Konstutsiya Məhkəməsinə müraciət edib. Vəkili vasitəsilə göndərilən ərizədə sözügedən xəbər saytında yayılan xəbərlərdə təqsirsizlik prezumpsiyasına riayət edilmədiyi bildirildi.
17 dekabrda rüşvət və vəzifədən sui-istifadə halları ilə əlaqədar həyata keçirilən əməliyyatdan sonra Hizmət hərəkatı əleyhinə başlanan qaralama kampaniyası ilə bağlı Konstitutsiya Məhkəməsinə müraciət edilib. Fəthullah Gülən Xocaəfəndi şəxsi və Hizmət hərəkatı haqqında təhqir dolu böhtan xəbərlər yayan “medyagundem.com” adlı internet xəbər portalı barəsində Konstutsiya Məhkəməsinə fərdi müraciət edib. Xocaəfəndinin vəkili Nurullah Albayrağın məhkəməyə verdiyi ərizədə sözügedən xəbər saytında Fəthullah Gülən Xocaəfəndi özü və Hizmət hərəkatı haqqında yayılan xəbərlərdə konstitusiyon hüquqların tapdandığını və böhtan xəbərlərə qarşı məhkəmə yolunun tükəndiyini bildirdi. “Müraciət edilən Məhkəmələr yalan və böhtan dolu xəbərləri mətbuat azadlığı kateqoriyasında görərək rədd qərarı vermişdir” – deyilərək aşkar görünən nifrət ifadələrinin mətbuat azadlığı çərçivəsini aşdığı vurğulandı.
- tarixində yaradılmışdır.