Həyat yoldaşına zorakılıq və boşanma hadisələrinə Xocaəfəndinin münasibəti
Fəthullah Gülən Xocaəfəndi “387-ci nəğmə: Şəfqət qəhrəmanlarının hizmət həyatı və ailə hüququ” adlı söhbətində həyat yoldaşına zorakılıq edən və ondan boşananlar haqda münasibətini açıqlayıb.
Kişi-qadın – hər kəs üçün mühüm olan əsaslardan və hizmət həyatı ilə birlikdə ailə hüququna riayət etməyin əhəmiyyətindən və bunu necə yerinə yetirmək lazım gəldiyindən danışan Xocəfəndi: “Əlimdə olsaydı, həyat yoldaşına belə sərt və kobud davranan insanlara qarşı – Qurani-Kərim və sünneyi-səhihədə belə bir şey yoxdur – Mehmet Akifin elədiyi kimi, əvvəlcə Cənaabi-Allaha istiğfar çəkərəm, “Ya Rəbbim, min kərə “əstağfirullah”” deyərəm. Sonra da yaxşı bir yeniçəri şilləsi yapışdıraram, çaxılıb yerində qalar”, ifadələrini işlədib.
Boşanma hadisələrini eşidəndə çox rəncidə olduğunu və üzüldüyünü bildirən Fəthullah Gülən Xocaəfəndi: “Bu hüquqa riayət etməyəndə, hətta bu cür boşanma, ayrılma hadisələrini eşidəndə elə rəncidə oluram ki, o qədər üzülürəm ki, qardaşım da olsa, elələrini ürəyimdən bağışlamaq gəlmir”, - deyib.
- tarixində yaradılmışdır.