Həyatını əks etdirən "İbrətli xatirələr"
Dünya ondan danışır. Fikirləri, fəaliyyətləri və ideaları ilə meydana gələn könüllülər hərəkatını dünya alqışlayır. Türkiyədə isə o həddsiz zülmlərə məruz qalmış insandır. Hələ də çox sayda şaiyələr gəzir və hər mənfi hadisə bəzi dairələr tərəfindən ona şamil edilir.
Görəsən bütün bu iddialara Xocaəfəndi nə deyir, münasibətini necə bildirir? Onu sevənlər üçün hər yönündən danışan yeni bir kitab nəşr olundu. Kitabın adı isə: "İbrətli xatirələr"
Bu kitabı illərlə Fəthullah Gülən Xocaəfəndinin yanında olan Osman Şimşək qələmə aldı. Kitabda dar dairədə edilən söhbətlərin həzzi, Xocaəfədinin xüsusi mövzularda fikirləri yer alır...
"İbrətli xatirələr”də Xocaəfəndinin səmimi məclislərdə dilə gətirdiyi xatirələrini də oxuya bilərsiniz.
"İbrətli xatirələr” kitabı Fəthullah Gülən Xocaəfəndinin ruh dünyasını əks etdirən güzgüdür. Oxucular bu güzgüdə Xocaəfəndini daha yaxından tanıyacaq, xatirələrin dinləyəcək.
- tarixində yaradılmışdır.