Hindistanda Fəthullah Gülən Xocaəfəndinin əsərlərinə böyük maraq
Yaxın günlərdə Hindistanda XX Hindistanan-Dehli Beynəlxalq kitab sərgisi açıldı. Afrika və Asiyanın bu ən böyük kitab sərgisinə 1300 yerli, 30 digər ölkələrin nəşriyyatları və səfirlikləri qatıldı.
Türkiyədən sərgidə iştirak edən “Kaynak Kültür Yayın Grubu” iki ayrı yerdə müxtəlif dillərdə çap olunan kitablarını oxuculara təqdim etdi.
Hal-hazırda nəşriyyat Hindistanda əsasən Fəthullah Gülənin əsərlərini İngilis, Hind, Urdu, Tamil, Malay və Benqal dilində əsərlərini satışa çıxarmışdır. Nəşriyyatın gələcək planlarında İngilis dilindən sonra ikinci rəsmi dil olan 17 fərqli yerli dildə əsərləri çapa hazırlamaq var.
Sərgidə ən böyük maraq Fəthullah Gülənin artıq indidən klassik əsərə çevrilən “Qəlbin zümrüd təpələri” kitabına göstərildi. “Sonsuz Nur”, “Əsrin gətirdiyi tərəddüdlər” və Mövlana Cəlaləddin Rumi haqqında yazılan əsərlər də maraqla qarşılandı.
- tarixində yaradılmışdır.