“Hira” jurnalı dağılan körpüləri təmir etməyə davam edir

Hira dergisi, Arap dünyası ile yıkılan köprüleri onarmayı sürdürüyor

Qaynaq Kültür Yayın Qrupunun Ərəb dilində nəşr etdiyi “Hira” jurnalının yazıçılarından misirli alim professor Məhəmməd İmara Qahirədə müəllifi olduğu “İslam mədəniyyətinin ruhu” adlı kitabının təqdimat mərasimini keçirdi.

Misirin müftisi Əli Cümənin də iştirak etdiyi tədbirdə çıxış edən İmara Hiranın yerlə səmanın arasında bir körpü, “Hira” jurnalının isə mənəvi dünyaya açılan bir qapı olduğunu qeyd etdi. 280-cı kitabının işıq üzü görməsindən çox məmnun olduğunu vurğulayan İmara “Hira” jurnalının Türk və Ərəb dünyası arasındakı körpülərin təmirində çox böyük rol oynadığını bildirdi.

“Uzun illər türk qardaşlarımız bizdən ayrı qaldı”, - deyən İmara “Hira” jurnalının fəaliyyətləri sayəsində 80 illik ayrılıqdan sonra dağılan körpülərin təkrar təmir edildiyini vurğuladı.

İslamın müəyyən bir təbəqə, zümrə və ya şəxslərin dini olmadığını vurğulayan İmara “Bu pak və təmiz din dünyanın bütün ümmətlərinə qucaq açır. “Hira” jurnalı da İslamın paklığını bütün insanlığa göstərməyə, insanlıq üçün yeni körpülər inşa etməyə çalışır”, - dedi.

Könüllülərin fəaliyyətlərini də alqışlayan İmara onların dünyaya Fəthullah Gülənin fikirlərini yaymağa çalışdığını qeyd etdi.

Misirin qabaqcıl elm adamları, tələbələr, “Hira” jurnalının oxucuları və mətbuatın da böyük maraq göstərdiyi tədbirin sonunda İmara kitablarını imzaladı. (Cumali Önal)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.