“Hizmət doğru yolu seçib”
“Mədəniyyətlərarası Qurum” (Interkultureller Rat) adlı təşkilatın sədri Jürgen Micksch Türkiyədəki siyasi ab-havanın təsirində qalaraq Almaniyada Hizmət hərəkatına münasibətin dəyişilməməsi lazım gəldiyini söyləyib.
“Hizmət hərəkatının, xüsusilə də qloballaşmaya veridiyi töhfələri nəzərə alanda, misli görülməmiş bir keçmişi var”, deyən Micksch Hizmətin təhsil və dialoq sahələrində fəaliyyət göstərdiyini, həmçinin insan hüquqlarını müdafiə edərək yoxsulluqla mübarizə apardığını söyləyib.
Hizmət hərəkatını almanlara tanıtmaq məqsədi ilə Dialoq və Təhsil Birliyinin (Stiftung für Dialog und Bildung) Frankfurtda keçirdiyi tədbirdə iştirak edən Micksch Hizmət hərəkatını yaxından tanımaq üçün şəffaflığın əvəzolunmaz bir prinsip olduğunu və sözügedən birliyin bunun öhdəsindən layiqi ilə gəldiyini deyib.
Dialoq və Təhsil Birliyinin sədri Ərcan Karakoyun isə Hizmət hərəkatının keçmişinə və əsaslarına dair oxuduğu məruzədə tənqidləri nəzərə alaraq müəyyən tədbirlər başlatıldığını söyləyib. Karakoyun: “Hizmətin əsas uğuru və ən maraqlı cəhəti fəaliyyət göstərdiyi coğrafiya və topluma görə layihələr hazırlaması və onunla ayaqlaşmasıdır”, - deyib.
- tarixində yaradılmışdır.