Hizmət hərəkatı dünya sülhü naminə çalışır
Desmond Tutu “Nobel” sülh mükafatı laureatı və insan hüquqları aktivistidir. Yaxında Turkuaz Harmoni İnstitutu (CAR) tərəfindən “Gülən” sülh mükafatına layiq görülən Tutu Hizmət hərəkatının dünya sülhünə böyük töhfələr verdiyini deyib.
Tutu: “Türkiyə kimi fərqli qrupların arasında gərginliyin hökm sürdüyü bir ölkədə birgəyaşayışa xidmət edən gənclərin fəaliyyətlərindən olduqca məmnun oldum”, - deyib. Turkuaz Harmoni İnstitutunun fəaliyyələrinin əhəmiyyətini diqqətə çatdıran Tutu fərqli qruplara mənsub insanları bir araya gətirərək birgəyaşayışa xidmət edən qurumun dialoq fəaliyyətlərindən şərəf duyduğunu dilə gətirib. Nobel laureatı Tutu: “Fəaliyyətləriniz haqqında eşidəndə dialoqa, birgəyaşayışa və sülhün bərqərar olmasına xidmət edən fəal gənc insanların olması məni çox sevindirdi”, - deyib.
İndiyədək üç dəfə Türkiyəyə səfər etdiyini söyləyən Tutu Türkiyədə xüsusilə son aylarda meydana gələn gərgin ab-havadan bəhs edib. “Toplumu qütblərə bölsəniz, əməliniz “gərginliyə” xidmət etmiş olar, sonra insanlar arasında nifrət oyanar, çəkişmələr başlayar”, - deyən Desmond Tutu fərqli etnik qrup və dillərdə meydana gələn insanların cəmiyyətin zənginliyi olduğunu söyləyib. Bu baxımdan Turkuazın fəaliyyətlərini təqdirlə qarşılayan Tutu: “Ölkəmizdə bir-birindən fərqli təşkilatlar var. Fərqli qruplar arasında gərginlik var. Belə bir ölkədə sülh və dialoqa xidmət edən qrup, fərd və təşkilatların fəaliyyətləri təqdirəlayiqdir. Ümid edirəm ki, daha da güclənərək fəaliyyətlərinizi davam etdirəsiniz”, - deyib.
- tarixində yaradılmışdır.