“Hizmət hərəkatı və sülhün inşaası” adlı beynəlxalq simpoziuma start verilib
“Hizmət hərəkatı və sülhün inşaası” adlı iki günlük beynəlxalq simpoziuma ABŞ-ın paytaxtı Vaşinqtonda start verilib. Vaşinqtonun nüfuzlu dərnəyi “Beynəlxalq mətbuat klubu”nda keçirilən simpoziumda 6 toplantı keçirilməsi nəzərdə tutulub. Otuzdan artıq elm adamı təhsil, humanitar yardım fəaliyyətləri, inanc və birgəyaşayış kimi mövzular ətrafında Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfələrdən söhbət açacaq.
Tədbirin açılışında çıxış edən Texas insan hüquqları layihəsinin sədri Cim Harrinqton (Jim Harrington) bir Türkiyə səyahətində tanış olduğu Hizmət hərəkatı haqqında təəssüratlarını bölüşüb. Hərəkatla tanış olduqdan sonra Avropa, Kanada və ABŞ-ın müxtəlif bölgələrində fəaliyyət göstərən hərəkata mənsub insanlarla görüşdüyünü dilə gətirən Harrinqton, “Hizmət hərəkatının heyrətamiz bir layihə olduğunu düşünürəm”, - deyib.
Harrinqton hərəkatın 3 əsas sütuna - dialoq, təhsil və humanitar yardım- malik olduğunu vurğulayıb. Dialoqun hərəkatın mühüm bir hissəsi olduğunu söyləyən Harrinqton dialoq fəaliyyətlərinin yemək ziyafətləri, konfranslar və sadəcə insanların bir-birini daha yaxşı tanımaq üçün söhbət məclisləri ilə həyata keçirildiyini bildirib.
Təhsilin də hərəkat üçün mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirən Harrinqton cəmiyyətdə sülhün bərqərar olmasında təhsilin vacibliyini vurğulayıb. Hərəkatın 150-dən artıq ölkədə 1500 məktəbi fəaliyyət göstərdiyini bildirən Harrinqton bu təhsil müəssisələr haqda ağızdolusu danışıb.
İnsanlara yardım göstərmək hərəkatın digər mühüm bir sahəsi olduğunu dilə gətirən Harrinqton Türkiyə daxilində və xaricdə bir çox humanitar yardım fəaliyyətlərinə imza atdığını açıqlayıb.
Sosial və sivil hərəkatlar araşdırılmalıdır
Tədbirin açılışında çıxış edən Rumi Forum sədri Əmrə Çelik isə sosial və sivil hərəkatların fəaliyyətlərinə və üstüörtülü məsələlərinə aydınlıq gətirmək üçün araşdırma aparmağın zərurətindən bəsh edib.
Rumi Forum və bu kimi təhsil, dialoq və humanitar yardım təşkilatları dünyanın 150-yə yaxın ölkəsinə yayıldığını bildirən Çelik: “Bunları işıqlandırmaq lazımdır. Hərəkatın prinsiplərini və əldə etdiyi nailiyyətləri araşdırmaq lazımdır”, - deyib. Çelik bu kimi konfransların yanlış anlaşılmaları və məlumatsızlığı aradan qaldırmada böyük rola malik olduğunu bildirib.
- tarixində yaradılmışdır.