“Hizmət”- müasirliyi və ənənəni birləşdirən hərəkat

Hizmət- müasirliyi və ənənəni birləşdirən hərəkat

Avropa Siaysət Mərkəzi (European Policy Center) təşkil etdiyi konfransa qatılan professor İohan Leman (Johan Leman) “Hizmət” hərəkatının get-gedə dünyada daha çox insanları cəlb etdiyini qeyd edib apardığı araşdırmalara əsaslanaraq bunun səbəblərini açıqladı.

Avropa Siaysət Mərkəzinin Brüssel Risaydens sarayında (Residance Palace) keçirilən “Fəthullah Gülən hərəkatı - həqiqətlər və xurafatlar” adlı konfrans böyük maraqla qarşılandı. Tədbirin aparıcısı ASM-nin əməkdaşı siyasi analitik Amanda Paul idi. Konrfansda antropoloq professor İohan Leman, Kembric Universiteti Yaxın Şərq üzrə mütəxəssis Ziya Meral və London Kinqs Kollecinin əməkdaşı Bill Park məruzə oxudu.

İohan Leman uzun müddətdir, “Hizmət” hərəkatını yaxından izlədiyini və müxtəlif mənbələrdən məlumat topladğını açıqlayaraq: "Bu hərəkatda gələcəyin gənc Türk intellektlərini görürəm", - dedi. Get-gedə “Hizmət” hərəkatına marağın artdığını qeyd edən Leman bu müvəffəqiyyətin meyarı yeni insanlar cəlb etmək olduğunu, “Hizmət” hərəkatının da bunu çox yaxşı bacardığını söylədi. Bunun kökündə isə müxtəlif sahələr arasında qurulan mükəmməl əməkdaşlıq dayandığını söyləyən Leman: "Məsələn, sahibkarlıq və təhsil sahələri arasında mükəmməl bir əməkdaşlıq var. “Hizmət” hərəkatı yerli sahələrdə böyük gücə malikdir və bu güc bütün dünyaya yayılmaqdadır”, - dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.