Hollandiya parlamentində Gülən hərəkatı müzakirə edildi

Hollandiya parlamentinin İnteqrasiya komissiyasına dəvət edilən Hollandiyanın inteqrasiya naziri Eberhard Van der Laan və daxili işlər naziri Quus Ter Horst komissiya üzvlərinə Gülən hərəkatı barədə ətraflı məlumat veriblər.

Xatırladaq ki, bir müddət əvvəl dörd siyasi partiya Gülən hərəkatının araşdırılması ilə bağlı Hollandiya hökumətinə sorğu göndərmişdi. 8 nazirliyin verdiyi arayışlar əsasında Gülən hərəkatı ilə bağlı parlamentə ətraflı hesabat təqdim olunmuş və bu hərəkatın məqsədinin insanlar və xalqlar arasında dostluq və səmimiyyətin yayılmasına xidmət etdiyi xüsusi vurğulanmışdı. Həmin sənəddə hökumət nə Gülən hərəkatının, nə də bu hərəkata rəğbət bəsləyən türk təşkilatlarının insanların və xalqların uzlaşmasına hər hansı zidd davranışlarının olmadığını qeyd etmişdi. Bu sənədlə qane olmayan Sosialist və Liberal partiyaların nümayəndələri bu iki naziri komissiyaya dəvət edərək, Gülən hərəkatı haqqında bilgi vermələrini istəmişdilər.

Komissiya üzvlərinin suallarını cavablayan Eberhard Van der Laan: “Bu hərəkatı analiz edərkən qarşımıza sülh və dialoq tərəfdarı, İslam və modernizmin vəhdət təşkil etdiyinə inanan, müxtəlif sahələrdə aktiv olan, amma hər hansı mərkəzi təşkilatı olmayan bir hərəkat və ya düşüncə tərzi qarşımıza çıxır. Kosmicus liseyində təhsil alan şagirdlərin valideynləri ilə keçirdiyimiz görüşlərdə onların məktəbdən nə qədər razı olduqlarını gördük. Onlar məktəbdə şagirdlərə yüksək təhsil və sağlam tərbiyə verildiyini, qanunazidd hər hansı halın müşahidə edilmədiyini bildirdilər. Bir daha təkrarlamaq istəyirəm ki, Gülən hərəkatına bağlı olduğu bildirilən qurumların əleyhinə aparılan kampaniyalar həqiqəti əks etdirmir və kimsə bu mövzu ilə bağlı narahat olmasın”, - deyib.

Daxili işlər naziri Quuz Ter Horst da öz çıxışında: “Bu məsələ ilə bağlı kəşfiyyat orqanlarımız aylarla araşdırmalar aparmış və hər hansı qanunazidd hərəkət aşkarlamamışdır. Haqqında danışılan təşkilatlar insanları, mədəniyyətləri dialoq yolu ilə məsələləri həll etməyə çağırır, bu hərəkatın mahiyyətində radikallığa, şiddətə qarşı mübarizə var. Onlar insana hörməti əsas tuturlar, hər kəsi bir-birinə yardıma dəvət edirlər, qanunlara hörmətlə yanaşırlar”, - deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.