Hollandiya Xarici İşlər Nazirindən Hizmət hərəkatına dəstək
Hollandiya Xarici İşlər Naziri Frans Timmermans Türkiyədə Hizmət hərəkatı və müxaliflər əleyhinə işlədilən nifrət ifadəsindən ciddi şəkildə narahat olduğunu söyləyib.
Türkiyədə AKP hökümətinin bəzi antidemokratik addımları və işlətdiyi nifrət ifadəsi Hollandiya Milli Məclisində də müzakirə edilib. Grit Uayldersin (Greet Wilders) sədrlik etdiyi Azadlıq Partiyası (PVV) və Xristiyan Demokrat Partiya (CDA) vəkillərinin Türkiyə ilə AB müzakirələrinin dayandırılması ilə əlaqədar tələblərinə Nazir Timmermans qarşı çıxıb. Timmermans deyib: “Sosial medianın qadağan edildiyi bir ölkə AB-yə üzv ola bilməz. Ancaq mən müzakirələrin dayandırılması əvəzinə davam etdirilməsinin tərəfdarıyam.”
Nifrət ifadəsindən ciddi şəkildə narahatam
Hollandiya Xarici İşlər Naziri Frans Timmermans həmçinin Türkiyədə Hizmət hərəkatına və müxaliflərin əleyhinə işlədilən nifrət ifadəsindən ciddi şəkildə narahat olduğunu söyləyib.
- tarixində yaradılmışdır.