Hollandiyalı Nazir: "Gülən hərəkatı əleyhindəki iddialar cəfəngiyatdır"

Hollandiya Ədliyyə Naziri Ella Vogelar Fəthullah Gülən hərəkatının gizli bir məqsəd daşıdığı və dövlət üçün təhlükəli bir hərəkat olduğuna dair iddiaları rədd etdi. Rotterdamdakı yerli RTV televiziya kanalına verdiyi müsahibəsində Nazir Vogelar, Hollandiya dövləti olaraq, Fəthullah Güləndən ilham alan qurumlara dəstəyi davam etdirəcəklərini ifadə etdi.

İşçi Partiyalı (PvdA) Nazir Vogelar müsahibədə Gülən hərəkatı ilə əlaqəli bütün iddiaların cəfəngiyyat olduğunu deyərək: "Qətiyyən Qərb əleyhdarı deyillər, əksinə cəmiyyətlə iç-içədirlər" –şəklində danışdı. Bununla yanaşı Nazir, Xüsusi Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin (AIVD) apardığı araşdırmalara görə, Gülən hərəkatının Hollandiyada heç bir narahatçılığa səbəb olmadığını və ölkə üçün heç bir təhlükə olmadığını ifadə etdi. Vogelar: "Fəthullah Gülən hərəkatı, mühafizəkar bir İslami hərəkatdır, ancaq Hollandiyada mühafizəkar xristian hərəkatlar da var. Bunda heç bir məsələ yoxdur," -dedi. (Basri Doğan, Lahey)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.