İllər sonra Fəthullah Gülən Xocaəfəndi canlı yayında
Fəthullah Gülən Xocaəfəndi uzun illərdən sonra ilk dəfə canlı yayına çıxıb. ABŞ-da iftar Türkiyədə sahur vaxtına düşən Fəthullah Gülən Xocaəfəndinin söhbəti “Irmak” kanalında canlı yayınlanıb. Verilişi milyonlarla tamaşaçı seyr edib, sosial mediada da böyük əks-səda doğurub.
Herkul.org saytının redaktoru Osman Şişek əvvəlcədən tvitterdə: “Böyük həyəcanla şənbə gününü gözləyirəm. Dostlarımıza şad bir xəbərimiz var!” sözləri ilə Fəthullah Gülən Xocaəfəndinin uzun illərdən sonra ilk dəfə canlı yayına çıxacağını xəbər vermişdi. Canlı yayın təqribən əlli dəqiqə çəkib.
Xocaəfəndi son baş verən hadisələrlə əlaqədar “ağzından çirkab, küfür tökülən isanlara əhəmiyyət verməyin” deyib. Böhtan atanlara onlar kimi cavab verməmək lazım gəldiyini bildirən Xocaəfəndi “əks halda, onlara oxşayarsınız”, söyləyib.
Xüsusilə ramazan ayının son on günündə ağızdan çıxan hər sözə diqqət eməyi tövsiyə edən və böhtan atan xəbərlərdən, televiziya kanallarından uzaq durmağı məsləhət görən Xocaəfəndi “Qapıları bu kimi şeylərin üzünə bağlayın ki, sizə Allaha aparan yollar açılsın. Yoxsa yalanla, iftira ilə, kinlə, nifrətlə oturub-duran insanların ağzından tökülən o çirkabla bizim ruhumuz və zehnimiz çirklənər. Beləcə onlara oxşayarıq. Onlara oxşayanlar isə onların gedəcəyi yerə gedər. Kənar şeylərdən uzaq durun, qapılarınız Peyğəmbərimizə (sallallahu aleyhi vəsəlləm) açıq olsun. Hər dəqiqəniz söhbəti-Cananla keçsin”, - deyib.
Peyğəmbərimizin həyat tərzindən misal verən Xocaəfəndi “O, ayaqları şişənədək namaz qılardı. Bütün həyatı bu cür keçib. O dar bir hücrədə yatırdı, onun sarayı yox idi. Bəşəriyyətin rəhbəri idi, amma hücrədə uzanıb yatan Aişə anamız ayaqlarını yığmasa, namaz qılmağa yer qalmazdı”, - deyib.
“Bu məkanda bəzi qardaşlarınız bütün ramazan ayını etikafda keçirir, təkcə on günündə deyil. İllərdir bu ənənəni davam etdirirlər. Bildiyiniz kimi, xətmlə namazı qılırlar. Gündə üç-dörd saat Quranı öyrənməklə məşğul olurlar. Davam etsinlər, inşaallah. Təqribən bir-iki saat təravih namazı qılırlar. Beləcə ramazan günlərinin beş-altı saatını ibadətlə keçirirlər”.
- tarixində yaradılmışdır.