İndoneziyada Fəthullah Gülən Kafedrası

İndoneziyanın dövlətə məxsus məşhur təhsil müəssisələrindən olan Syarif Hidayatullah İslam Universitetində Fəthullah Gülən Kafedrası fəaliyyətə başladı.

Paytaxt Cakartada fəaliyyət göstərən universitetdə kafedranın rəsmi açılış mərasimi keçirildi. Açılışda iştirak edən universitetin rektoru Professor Komaruddin Hidayat çox həyəcanlı və çox sevincli olduğunu dedi. O: "Müxtəlif dillərə çevrilmiş kitabları, təşviq etdiyi könüllülər hərəkatı və yaşayan ən böyük intellekt seçilməsi səbəbi ilə Gülən kafedrasının universitetimizdə açılmasından qürur duyduğunu" dedi.

Bu günə qədər islami elmlərdə Ərəb ölkələrindən, müsbət elmlərdə isə Qərb ölkələrindən elmi dəstək və kömək gözlədiyini deyən Hidayat: "Halbuki Gülənin təşviqi ilə Türklərin İndoneziyada açdıqları məktəblərdə əldə etdikləri nailiyyətlərə, Gülənin bu günün insanının problemlərinə məlhəm mahiyyətindəki fikirlərinə görə artıq Türkiyəyə də bu gözlə baxırıq" deyə qeyd etdi. İndoneziyalı rektor açılan kafedranın iki ölkə arasında münasibətlərin müsbət mənada inkişafına səbəb olacağını əlavə etdi.

Türk məktəblərinin təşkil etdiyi müqəddəs vəladət mərasimində iştirak etmək üçün İndoneziyaya gələn Sakarya Universitetinin müəllimi Professor Kəmaləddin Özdəmir də kafedranın açılış mərasimində iştirak etdi.

Kafedranın açılışına böyük dəstəyi olan Professor Hidayat və Pasifik Ölkələrlə İctimai və İqtisadi Həmrəylik Dərnəyinin (PASİAD) səlahiyyətli nümayəndəsi Dəmir Timurtaşa təşəkkür edən Özdəmir: "Gülənin təşviq və düşüncə dünyası ətrafında formalaşan könüllülər hərəkatı bu gün qlobal mənada dünyaya xidmət edir. Bu könüllülər hərəkatında cəmiyyətin hər təbəqəsindən nümayəndə var. Dünyəvi mənfəət ummadan öz fəaliyyətlərinə davam edirlər" dedi.

İndoneziyada Fəthullah Gülənə, xüsusilə, universitet tələbələri və ziyalı təbəqə yüksək maraq göstərir. Gülənin İndoneziyada yerli dilə tərcümə edilmiş bir çox kitabı var.

Açılan kafedranın gələcəkdə elmi-tədqiqat mərkəzinə çevrilməsi nəzərdə tutulur. (Səlim Çağlayan, Cakarta)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.