Ingiltərə Parlamentində konfrans

25-27 oktyabr tarixləri arasinda Ingiltərə Parlamentinin binasinda Türkiyə Jurnalistlər və Yazarlar Vəqfinin fəxri basqani Fəthullah Gülən haqqinda elmi konfrans keçiriləcək. Türkiyənin “Vatan” qəzetinin məlumatina görə, Fəthullah Gülənin islami baxislarinin və onun fikirlərinin dünyaya təsirinin müzakirə ediləcəyi konfransda dünyanin müxtəlif ölkələrindən 45 elm adami istirak edəcək.

“Dəyisən Islam dünyasi və Gülən hərəkatinin təsiri” adlanan bu konfrans Ingiltərə Parlamentinin binasi ilə yanasi, London Universiteti və London Iqtisadiyyat Məktəbinin binalarinda da keçiriləcək.

Konfransda oxunacaq məruzələri isə Birminqham, London və Liids Metropolitan universitetləri, Yaxin Sərq, London Yaxin Sərq institutlari və Dialoq Dərnəyi təskil edir.

Konfransla əlaqədar hazirlanan internet saytinda (GülenConference.org.uk) Fəthullah Gülənin fikirləri belə izah olunub: “Gülən hərəkati beynəlxalq təhsil proqrami ilə Qərb və Islam arasindaki münasibətləri müsbət yöndə istiqamətləndirmək məqsədi dasiyir. Gülənin hədəfi daim Islamin ümumbəsəri məqsədlərini dəstəkləmək olub. Gülənin Islami yenidən yorumlayan fikirləri Islam dünyasi ilə Qərb arasinda bir körpü rolunu oynaya bilər”.

Konfrans istirakçilari arasinda Harvard, Kambric, Corctavn kimi dünyanin məshur universitetlərinin professorlari da var.
Xatirladaq ki, Fəthullah Gülən haqqinda 2005-ci ildə ABS-in Texas statindaki Rays Universitetində, 2006-ci ildə isə Oklahama və Cənubi Metodist universitetlərində buna bənzər konfranslar təskil olunmusdu.