İnsan azadlığı azad düşüncədən keçir

İnsan azadlığı azad düşüncədən keçir

Bu günlərdə Tacikistanın tanınmış elm xadimi, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru, professor Nadir Odir “Dialoq Avrasiya” təşkilatının dəvəti ilə ölkəmizə səfərə gəlmişdi. Bakıda bir sıra tədbirlərə qatılan alimlə görüşüb müsahibə aldıq.

Cənab professor, sizi ölkəmizdə görməkdən məmnunluq duyuruq. Ölkəmizə “Dialoq Avrasiya”nın qonağı kimi təşrif buyurmusunuz. Burada da çoxlu tədbirlərə qatılmısınız. Ümumiyyətlə, bu təşkilatla və onun təmsil olunduğu qurumlarla necə tanış omlusunuz?

2006-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq konfransa dəvət olnmuşdum. Konfransın mözusu “Mədəniyyətlərarası Dialoq” idi. Konfransda iştirak etdim. Konfranasdan sonra dialoq mərkəzində Fəthullah Gülən Xocaəfəndinin Rus dilinə tərcümə edilmiş kitablarla tanış oldum. Kitabları səhifələdim... Gördüm ki kitablarda keçən mövzular 50 il əvvəl qələmə aldığım bir kitabda yer verdiyim mədəniyyətlərarası dialoq, tolerantlıq məfhumu burada da sıx-sıx vurğulanır. Öz-özümə dedim: “Ay Allah, elə bil, bir-birimizdən xəbərsiz eyni mövzuları qələmə almışıq”. Yəni Fəthullah Gülən Xocaəfəndinin tolerantlıq fikri, mədəniyyətlərarası dialoq, millətlərarası dialoq mövzuları mənim də müdaifə etdiyim məsələlərdi. Bu mənim çox diqqətimi çəkdi və araşdırmağa başladım. Məktəbləri gəzdim. Tacikistandaki, Türkiyədəki, Makedoniyadakı, Misir, Ukrayna, Qazağıstanda olub məktəblərini gəzdim. Gördüm ki, bu məktəblərdə tolerantlığı, insan sevgisini mənimsəmiş, insanlarla dialoq qurmağı bacaran yeni bir nəsil yetişir. Və başa düşdüm ki Fəthullah Gülən Xocaəfəndiyə qədər dialoq, tolerantlıq haqqında çox söz deyilib, dialoqun əhəmiyyətindən çox bəhs edilib, ancaq bu dialoqu necə, hansı mexanizmlə həyata keçirmək olar, bu suallara cavab verilməmişdir. Gördüm ki Fəthullah Gülən Xocaəfəndi bu məktəblər vsitəsi ilə bu dialoqu, tolerantlığı bütün düynyaya yaymaq istəyir. Həm bunu uğurla həyata keçirmiş və hələ də bu hərəkat vasitəsi ilə bu proses davam edir. Belə bir nəsil yetişdirmək istəyir... Elə bir nəsil ki, bütün insanları sevən, bütün insanlara qucaq açan, bütün insanları özünə qardaş bilən bir nəsil... Mənim məktəblərlə, Fəthullah Gülənin əsərləri ilə tanış olmağım, bax belə oldu...

Qeyd etdiniz ki, Fəthullah Gülən Xocaəfəndinin əsərləri ilə tanış olandan sonra gördünüz ki, sizin fikirləriniz çox üst-üstə düşür. Siz öz axtarışlarınızda hansı ortaq, doğma cəhətləri gördünüz ki, sizdə belə bir maraq oyandı? Bir qədər öz keçmiş elmi araşdırmalarınızla bağlı məlumat verərdiniz?

İslam tarixində Cəbriyə adlı bir cərəyan var. Bu cərəyan insanın öz cüzi iradəsini və ağlını inkar edir, hər şeyi taleyin müəyyənləşdirdiyinə inanırdı. Onlara görə, hər şey qədərdə yazılıb qurtarıb. Düşünməyə, zəhmət çəkməyə, hərəkət etməyə ehtiyac yoxdur. Halbuki Xocaəfəndi və Mövlana deyir ki, “Xeyir, Allah insana ağıl verib, iradə verib. İradəsini, ağlını ortaya qoyacaq, zəhmət çəkəcək, fəaliyyətdə olacaq ki həyatda bir nəticə əldə edə bilsin. Cəbriyədə insan ağıl və iradəni inkar edir. Təsəvvür edin, bir insan səhrada oturub, hərəkət etmədən, çalışmadan Allah məni görür, eşidir, məni burda ac qoymaz deyə düşünür. Bu axmaqlıqdır. Sənə Allah ağıl verib, əl verib, qol verib, bunlardan düzgün faydalanacaqsan, həyatını davam etdircəksən. Elmlə məşğul olacaqsan, insanlara yol göstərəcəksən... Bu şəkildə insanın dəyərini göstərəcəksən. Buna görə də Xocaəfəndi və Mövlana kimi şəxsiyyətlər insanlara bunu çatdırmaq istəyir: insan çox dəyərli, çox böyük və digər məxluqlarda çox üstün bir varlıqdır. Bitkilərdən, heyvanlardan fərqli olaraq insanda ağıl və iradə var. Düşünür, seçir, müqaisə edir, nəticə çıxarır. Xocaəfəndi və Mövlana kimi insanlar bəşəriyyətə əməyin, elmin, əzmin əhəmiyyətini göstərməyə çalışırlar. Qədərə bel bağlamaqla iş qurtarmadığını, çalışdıqdan sonra Allahdan istəməyi öyrədirlər. Bu mənim çox diqqətimi çəkdi və buna görə də bu hərəkata meyl etdim. Araşdırmağa başladım, çoc cazibədar gəldi mənə. Çünki düşüncələrim Mövlana və Fəthullah Gülən Xocaəfəndinin düşüncələri ilə üst-üstə düşdüyü üçün cəlb etdi məni, mütaliəmi artırdım, araşdırdım, beləliklə daha yaxından tanımış oldum.

XII əsrin görkəmli mütəfəkkiri Mövlana Cəlaləddin və dövrümüzün Fəthullah Gülən Xocaəfəndisi. Bu iki insanı birləşdirən hansı ortaq dəyərlərdir?

Mövlana və Fəthullah Gülən Xocaəfəndi fatalizmin əleyhinə bir hərəkat başlatmışlar. İnsan azad yaradılıb, iradəsi, ağlı azaddır. Hürr və azad həyatın da yeganə yolu, fatalizmdən xilas olmaqdan keçir. İnsan nə qədər azad şəkildə ağlını, iradəsini istifadə etsə, demokratik həyata keçiş daha asan olar. Demoratik həyatda insan azad olmalı, aqil olmalı, rahatlıqla, çəkinmədən fikirlərini deməli, azad düşünməyi bacarmalıdır. Bu gün demokratiyanın bərqərar olmasında ki, insanlığın tərəqqisi üçün bu çox vacibdir, insanlar fatalizmdən uzaqlaşmalıdırlar. Yəni insan deməlidir ki, mən azadam, bir dəyərim var, ağlımla, düşüncəmlə birməkanda yer tuturam, varam. Hər şeyin, Allahın izni ilə, öhdəsindən gələ bilərəm. Düşüncəmi azad ifadə edə bilirəm. Həyatımı, gələcəyimi qura bilərəm. İnsan beləcə həm ümidsdizlikdən qurtulmuş olur, həm də özünə etimadı, cəsarti artır. Mövlana və Fəthullah Gülən deyir ki, ey insan, sən dəyərli bir varlıqsan, azadsan, qul-kölə deyilsən. Hür iradənlə qərar ver və öz gözəl dünyanı qur.

Cənab professor İslam dünyası böyük məkandır. Bizim ağlın bütün yollarını insanlara göstərən Qurani-Kərim kimi müqəddəs bir kitabımız və dəyərləri yaxşı mənimsəmiş alimlərimiz, üləmalarımız var. Bəs bu cür qiymətli sərvətimiz ola-ola müsəlman dünyası niyə inkişaf edə bilmir? Niyə İslam dünyası neçə əsrdir ki, ortaq bir yol tapa bilmir?

Düşünürəm ki bunu iki səbəbi var. Birincisi, bəzi təəssüblər var, din təəssübü, elm təəssübü, şəxsi təəssüb var. Bu cür təəssüblərin olduğu yerdə vəhdət ola bilməz, birlik, bərabərlik ola bilməz. Bu birlik və bərabərliyə maneə törədir.

İkincisi, dörd xəlifədən sonra (dörd xəlifə seçimlə başa keçirdilər), təəssüf ki bu dörd xəlifədən sonra, siçimlə deyil, zorla, qılıcla hakimiyyətə gəlməyə başladılar. Bir mənada insanların haqlarını zorla qəsb etdilər. Bir görüşə görə burada bir zülüm var, bir haqsızlıq var. Və bu haqsızlıqlar nəticəsində birlik bərabərlik, əmin-amanlıq təmin olunmur, inkişaf baş vermir. Sanki bu bir cəzadır.

Peyğəmbərimiz buyurur ki: “Başınızda seçilib gələn bir həbəşi kölə də olsa, itaət edin”. Siz İslamdaki demokratiyaya bir baxın. Burada iki hüquq var: seçənlərin hüququ və seçiləniin hüququ. Təəssüf ki dörd xəlifədən sonra hər iki hüquq da qəsb edildi. İslami demokratiyaya tam şəkildə əməl edilmədi. İkiminci illərdə həccə getmişdim. Küçədə gəzərkən illər əvvəl gəlib burda qalan tacik vətəndaşları məni tanıdılar. Geyimimdən, danışığımdan tanıdılar. Soruşdular, sən taciksən dedilər. Mən, bəli tacikəm, siz hardan anladınız? Dedilər ki, geymindən, kecimindən, bunda nə var ki... Sonra söhbət etdik. Soruşdüm ki siz buraya nə vaxt gəlmisiniz. Dedilər ki, yüz il əvvəl. Dedim necə yəni? Dedilər ki, dədə-babalarım burada məskunlaşıb, mən də onların nəslindənəm. Dedim, burda nə ilə məşğulsunuz. Dedilər ki, dükanımız var, ticarətlə məşğul oluruq. Soruşdum ki, bu dükkan sizindir? Dedilər ki, yox, ancaq ərəblər ala bilərlər. Biz icarəyə götürürük. Bəs necə ailə qurmusunuz? Dedilər ki, biz onlardan qız ala bilmərik. Bəs necə oldu ki dilinizi unutmamısınız? Biz öz qövmümüzdən, öz qohumlarımızdan qız ala-ala bu dil gəlib bu günə qədər çıxdı. Halbuki İslamda mömin möminin qardaşıdır. Bir darağın dişləri kimi bir-birinə bərabərdi. Amma indi digər insanları ikinci sinif varlıq kimi görürlər. Nə Qurana görə, nə də sünnəyə görə ömür sürürlər. Sadəcə nəfsinə görə yaşayırlar. Həzrəti Davuda ayə gəldi ki, ya Davud Mən səni yerüzündə xəlifə təyin etdim. İnsanları nəfsinə görə idarə etmə. Onları ədalətlə idarə et.

Əgər Qurana sünnəyə görə həyatlarını qurmuş olsalardı, birlik bərabərlik olardı, qardaşlıq olardı.

Təbbi ki, sizin ölkənizdə də Türk liseyləri açılmadan əvvəl sovet sistemindən qalma məktəblər vardı. Sizcə bu məktəblərlə müqayisədə Türk liseyləri sizin təhsilinizə hansı yeniliklər gətirdi? Onlar arasında əsas hansı fərqləri qeyd edərdiniz?

Tacik Türk liseyləri ilə yanaşı bizdə həm də dövlətə aid məktəblər var. Dövlətin açdığı məktəblər içində də yaxşı təhsil verən məktəblər var. Demək olmaz ki bu məktəblərdə təhsil zəifdir. Türk liseylərinin uğuru, mənə elə gəlir daha çox şagird-müəllim münasibətlərindən qaynaqlanır. Pedaqoji münasibət, yəni müəllimlik sistemi... Müəllimin nəyi necə öyrtməli olduğunu çox yaxşı bilməsi və tələbələrlə yaxşı münasibət qurması... Tacik Türk liseylərində mən bunu gördüm, bu işi çox yaxşı bacarırlar...

İkincisi, müasir texniki avadanlıqlar... Təhsili təkcə nəzəri olaraq deyil, həm də praktikada göstərirlər... Nəzəriyə ilə praktika bir-birindən ayrılmır... Eyni səviyyədə hər ikisi verilir... Beləliklə şagird dərsi daha tez və daha rahat qavraya bilir...

Həmçinin məktəblər müasir tələbata görə təchiz olunub... kitablar buna əsasən tərtib olunur, müəllim bunu nəzərə alaraq dərsə hazırlaşır... Yəni müasir tələbat nədirsə, ona cavab verməyə çalışırlar...

Müvəffəqiyyətin bir digər səbəbi də: şagirdlər məktəbə qəbul olunanda çox gözəl seçilir... Məktəblər sırf bu şagirdlər üçün açılıb... Əgər şagirdlər yaxşı üsullarla seçilməsə, məktəbin şərtləri və şərayiti ilə ayaqlaşa bilməz... Məktəb nə qədər gözəl olur-olsun, əgər şagird onlara hazırlanan şərait ilə ayaqlaşa bilməsə, uğur qazana bilməz...

Tacikistanın prezidentinin də bu məktəblər haqqında çox gözəl düşncələri var.... O deyir: “Bu məktəblər Tacikistan üçün gözəl kadr yetişdirir, tərbiyəli, və bu şagirdlər Tacikistanın gözəl gələcəyini quracaqlar.”

Qeyd etdiniz ki, bu liseyləri görənə qədər Fəthullah Gülənlə, onun düşüncələri ilə qiyabi tanış idiniz. Günlərin bir günü görüşdünüz. Əvvəl tanıdığınız Xocaəfəndi ilə, görüşdən sonra düşüncələrində hansı dəyişikliklər oldu?

Xocaəfəndi təkrarolunmaz bir şəxsiyyətdir... Özünəxas bir şəxsiyyəti var... Yüz ildə bir gələn şəxsiyyətlərdəndir... Xocaəfəndi ömrünü, həyatını yeni nəslə həsr etmişdir. Onəsil ki, onlarda təəssübkeşlikdən heç bir əsər olmasın... Bütün insanlara dözümü olsun... Tolerant olsun... İnsanlara qucaq açsın... sevsin məhəbbəti olsun... Bunu həm əsərlərində, həm də həyatında çox rahatlıqla görmək mümkündür...

Peyğəmbərimiz aləmlərə rəhmət olaraq göndərilib... Onun vəzifəsi Allahın Rahman və Rahim isimlərini həyatı sözləri ilə bütün insanlara göstərməkdir... O, hər nə olursa-olsun şəxsinə qarşı edilən təhqirlərə qarşı qəzəblənməzdi... Bəddua etməzdi... Həmişə səbir edərdi, gözəl sözlə cavab verərdi... Bu Peyğəmbərimizə xas bir şeydi... Peyğəmbərdən sonra da bu vəzifəni yerinə yetirən alimlər gəlməyə başladı... Xocaəfəndi də bu yolda gedən bir şəxsiyyətdir... Yəni Allahın Rahman və Rahim sifətini, yəni bağışlamaq, sevmək, insanlara qucaq açmaq kimi şeyləri həyatı və təbliği ilə həyata keçirir...

Hər insanın dövrə şəraitə görə vəzifəsi var. Həmin vəzifəni dövrə görə müxtəlif şəkillərdə həyata keçirilir... Xocaəfəndinin hal-hazırda vəzifəsi Allahın sevgi və mərhəmətini insanlar arasında yaymaq ... Yəni insanlar sevgiyə, məhəbbətə layiqdir. Hazırda Xocaəfəndi dünyada buna təşviq edir... Məktəblər vasitəsi ilə, kitablar vasitəsi ilə...

Hörmətli professor, min illərdir ki, fəlsəfə bizim ölməz şairimiz Səməd Vurğunun təbirincə desək, bir suala cavab axtarır: “Qalib gələcəkmi cahanda kamal? \ Bəs insan ağlı, zəkası nə vaxt şərə, zülmətə qalib gələcək?”

Allah insanı heyvanı və mələyi yaratmışdır... Heyvan nəfsinə görə yaşayır, yeyir içir çoxalır... Onlarda mücadilə olmadığına görə tərəqqi də yoxdur... Mələklərin vəzifəsi zikir ibadət və s... Onlarda da mübarizə mcadilə olmadığına görə tərəqqi də yoxdur... uduzmaq udmaq yoxdur... tərəqqi tənəzzül yoxdur... Ancaq insan başqa, Ona ağı və iradə verilmişdir... O məsuliyyət daşıyır, bir vəzifəsi var... İnsan ruhani və cismani (heyvani) cəhətdən ibarətdir... Bu iki cəhət arasında ömür boyu mübarizə gedir... Ruhani yönü qələbə çalsa, tərəqqi edir... kamil insan olur. Əgər cismani, nəfsani arzuları qələbə çalsa, heyvandan daha aşağı səviyyəyə düşə bilər... Ancaq bu iki cəhət tərbiyədən, gözəl bir tərbiyədən keçərsə, insan kamil olur. Yəni tərbiyə insana kamillik yolunda kömək edir... Kömək edir ki mənəvi cəhəti qələbə çalsın, insan kamil olsun...

İnsanı-kamilin üç vəsfi var. Birincisi heç kimsənin olmadığı bir yerdə başqasına aid olan bir şeyi götürməmək... Yəni Allahın hər yerdi səni gördüyünə iman etmək... Kamil insan Allaha xəyanət edib özünə aid olmayan bir şeyə əl uzatmaz...

İkincisi, qəzəblənəndə qəzəbinə məğlub olub başqasına zərər verməmək...

Üçüçüncüsü, təvazökar olmaq... Yəni insanın özünü digər insanlardan üstün görməməsi, adi bir insan olduğuna inanması...

Məktəb, dərs, müəllimlər... bunların vəzifəsi kamil insanı yetişdirmək olmalıdır. Elə bir nəsil yetişdirək ki, bu üç xüsusiyyət övladlarımızda olsun...

Alimlər vicdanlı, imanlı olmasa, bilikləri bəşəriyyətə böyük ziyan verə bilər... Alimin eyni zamanda imanı da olmalıdır... ki elmini insanların faydası üçün istifadə etsin... Məsələn, Enşteyn əvvəlcə atom enerjisinin əldə edilməsinin əlehinə idi... Daha sonra ona dedilər ki sən bunu eləməsən, Hitler edəcək və dünyanı yerlə yeksan edəcək... Ruzveltə məktub yazaraq razı olduğunu bildirdi daha sonra Enşteyn... Ancaq Xiroşima faciəsindən sonra bunu xəbər alan Enşteyn 24 saat yemə içmədən kəsildi böyük kədərə qərq oldu... Niyə? Çünki onun vicdanı vardı, vicdanı onu narahat edirdi... Buna görə də elmin yanında hökmən iman və vicdan olmalıdır...

Sizcə bayaqdan haqqında söhbət çadığımız bu Türk liseylərini yeni insan yetişdirməkdə bir qaranquş hesab etmək olarmı?

Bu hərəkətin bütün əməyi, fəaliyyətin mərkəzində insan dayanır... Yəni insana xidmət edir... insan yetişdirir... Çünki insan olmasa İslama xidmət də olmaz... O insanı da yetişdirmək lazımdır... Bunu yoluda tərbiyədən keçir... Bu məktəblərdə ilk sırada əxlaq dayanır... İnsanı insan edən xüsusiyyətlər ilk sırada dayanır...

Səhv etmirəmsə bu sizin Azərbaycana ilk səfərinizdir. Ölkəmiz haqqında təəssüratlarınız necədir?

Çox yer gəzmişəm, amma sizdəki bu qonaqpərvərlik, təvazökarlıq, insan sevgisi ən çox diqqətimi çəkən xüsusiyyətlərdi... Bu da ki ağlın, fərasətin, mədəniyyətin əlamətləridir... Hətta elə qonaqpərvəlik gördüm ki, öz-özümə görəsən mən bunlara layiqəmmi deməyə məcbur qaldım... Utanırdım... sıxılırdım...

Uşaqlığımda Nizami Gəncəvinin əsərlərini oxuyurdum... Dili farsça olsa da Azərbaycan mədəniyyətini təmsil edirdi... Və biz Nizami Gəncəvinin timsalında... Azərbaycanın mədəniyyəti, kültürünü, tərbiyəsini,əxlaqını gördük... Və içimizdə Azərbaycana qarşı məhəbbət hissi oyandı...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.