"İnsanlığa Xidmət Təklif edir"

Fəthullah Gülən Xoca Əfəndinin fikirləri, onun təşviqi ilə bir çox ölkədə açılan təhsil müəssisələri və həyata keçirilən dialoq fəaliyyətləri dünyanın diqqətini özünə cəlb etməkdə davam edir.

Dünyanın tanınmış media qurumlarının son dövrdə nəşr etdiyi çoxsaylı analizdən sonra, yunan mətbuatında da Fəthullah Gülənlə bağlı araşdırmalar aparılır. Afinada nəşr olunan “Ta Nea” və “To Vima” qəzetlərinin ardınca, Yunanıstanın mötəbər iqtisadi-siyasi qəzeti “Katimerini” də "Beynəlxalq Fəthullah Gülən hərəkatı" sərlövhəli 15 səhifəlik, əhatəli bir tədqiqatını oxucularına təqdim etdi. Gülənin Türkiyədə imam kimi başladığı xidmət həyatında Türkiyə sərhədlərindən çox uzaqlara yayılan geniş bir dini-ictimai hərəkat başlatdığını dəyərləndirən “Katimerini”, hərəkatın təhsil, xeyriyyə qurumları, güclü media şəbəkəsi, müxtəlif şirkətlər və bir bankla çox geniş bir sahədə təsirə malik olduğunu yazdı.

Gülənin "yaşayan ən böyük intellekt" seçildiyini xatırladan analiz: "Gülən, təlimlərində İslamı Qərb dəyərləri və praktikası ilə əlaqələndirir. Müsəlmanların müasir dünya ilə ayaqlaşmasının, ancaq onların ənənəvi dini həyat tərzlərini qoruması ilə mümkün olduğunu söyləyir" -qeydini verir. Gülən hərəkatının dinlərarası dialoq naminə Ramazanda yığıncaqlar tərtib etməsinin ənənəyə çevrildiyini vurğulayan məqalədə, bununla bağlı Gülənin Fənər Rum Patrik Bartholomeos, Papa, Erməni Patrik və Türkiyənin Hahambaşısı ilə görüşdüyü də xatırladıldı.

Gülənin hər cür fərqliliyə qarşı tolerantı və ixtilafları sülh yolu ilə həll etməyi dəstəklədiyini ifadə edən yunan qəzeti: "Gülən, “Heybeliada Ruhanilər Məktəbi”nin açılmasını da dəstəklədi", -deyə yazdı. Gülən hərəkatının Avropa, Amerika, Asiya və Afrikada böyüyərək yayılmasının siyasi və akademik dairələrdə böyük maraqla qarşılandığı ifadə olunan xəbərdə: "Gülən hərəkatının mühafizəkar və qatı müsəlman zehniyyətinə qarşı alternativ " görüldüyü ifadə edildi.

Türk məktəbləri fərqli dəyərlər dünyasında birgəlikdə yaşamaq nümunəsidir

Gülənin, sevənlərinə mədəniyyətlərini inkişaf etdirmələrini, İslam və Türkiyənin yaxşı bir təmsilçisi olmalarını və insanlığa xidmət etmələri məqsədi ilə İslam dünyasından Qərbə köç etmələrini tövsiyə etdiyini yazan “Katimerini” Gülənin təlimlərinin Qərbdəki mədəni Türk diasporuna da böyük təsir etdiyinə diqqət çəkdi. Analizdə dünyanın dörd bir yanında açılan məktəblərdə həmin ölkələrdəki elitar təbəqələrin uşaqlarının da təhsil aldığı qeyd edildi. Cənub-şərqi Asiya və Afrikada təhsil verən məktəblərdə hər dindən olan şagirdin təhsillə yanaşı birlikdə yaşamaq nümunəsini sərgilədiyi ifadə olundu. Son olaraq, Gülən hərəkatının mədəniyyətlər və dinlərarası dialoq naminə müxtəlif fəaliyyətlərinin bəhs edildiyi xəbərdə Gülənin "Həqiqi İslamda terror ola bilməz. Müsəlman terrorist ola bilməz. Bir terrorist də müsəlman ola bilməz," şəklindəki şərhi xatırladıldı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.