İordaniyalı alim əl-Fauri: “Siz təməli möhkəm olan bu dünyanın incilərisiniz”

İordaniyalı alim əl-Fauri: “Siz təməli möhkəm olan bu dünyanın incilərisiniz”

“Yeni Ümid” və “Hira” dərgilərinin birgətəşkilatçılığı ilə İstanbul Qurultay Mərkəzində keçirilən “İslam dininin zənginliyi: ictihad və qiyas” adlı beynəlxalq simpoziumun ikinci günündə çıxış edən iordaniyalı alim Hizmət könüllülərinin “xaşxaşi” olmadığını deyib.

Çıxışı iştirakçılar tərəfindən uzun müddət alqışlanan Fauri: “Bu cür müqəddəs bir Hərəkata könül verən dostlarım! Qarşılaşdığınız problemlər sizi məyus etməsin. Siz müəyyən bir strategiya üzrə iş görən memarlarsınız, xaşxaşilər deyilsiniz”, deyib. Fauri Hizmət hərəkatının ölkənin zərərinə heç bir fəaliyyəti olmadığını bildirərək: “Siz təməli möhkəm olan bu dünyanın incilərisiniz”, ifadələrinə yer verib.

İordaniyalı əl-Faurinin sözləri simpoziumda böyük rəğbətlə qarşılanıb. Çıxışında Hizmət hərəkatı əleyhinə səsləndirilən böhtanlara da öz fikrini bildirən əl-Fauri: “Sizi, səmimi qəlblə ürəkdən salamlayıram. Bu cür, müqəddəs bir hərəkata könül bağları ilə bağlı olan dostlarım! Hazırda qarşılaşdığınız problemlər sizi məyus etməsin. Çünki bu İslami hərəkatın mərkəzi sizsiniz. Siz bu böyük binanın sütunlarısınız, özülüsünüz. Siz müəyyən bir strategiya üzrə iş görən memarlarsınız, xaşxaşilər deyilsiniz”, sözlərinə yer verib.

Fauri çıxışının davamında: “Siz sadiq insanlarsınız. Əməllərinizdən, insanlara xidmət edən müəssisələrinizdən, məktəblərinizdən aydın görünür ki, siz batini təriqət deyilsiniz. Sizin görüşləriniz, Türkiyə üçün çox faydalı, gözəl təklifləriniz var. Ölkənin inkişafı üçün yorulmaz səyləriniz və fəaliyyətləriniz var. Ölkənizin zərərinə heç bir fəaliyyətiniz yoxdur. Siz təməli möhkəm olan bu dünyanın incilərisiniz. Buna görə də, mütləq, müəllimlər və maarifçilər olmalıdır. Mətbuatda və iqtisadiyyatda yol göstərənlər olmalıdır ki, ki bu ağaç böyüyüb qol-budaq atsın. Mən, bu gün, ayədə də buyrulduğu kimi, bir-birinizlə savaşmayın, çəkişməyin. Allahın ipindən möhkəm yapışın. Bir-birinizin qüsurlarını araşdırmayın. Onlara da, sizə də səslənirəm. Münaqişə etməyin ki, gücünüz, qüvvəniz azalmasın. Müsəlmanlar, müsəlmanlar, müsəlmanlar! Həqiqət və ədalət haradadırsa, biz də oradayıq”, - deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.