İra Kolbi: Fəthullah Gülən Nobel Mükafatına Namizəd Göstərilməlidir

Amerikan Hyuston Universitetinin rektoru Professor İra Kolbi M. F. Gülənin dünyanın ən böyük intellekti seçilməsinin ardından "Nobelə namizəd göstərilməlidir" -dedi.

Dialoq fəaliyyətlərinə verdiyi əhəmiyyətli fikirləri dünyanın hər yerində böyük maraqla qarşılanan Fəthullah Gülən Xoca Əfəndinin adına institut açan Amerikan Hyuston Universitetinin rektoru Professor İra Kolbi Gülənin dünyanın ən böyük intellekti seçilməsinin ardından: “Nobel Sülh Mükafatına namizəd göstərilməlidir,”- dedi.

Amerikanın 4-cü böyük şəhəri Hyustonun ən böyük universiteti olan Hyuston Universitetinin rektoru və “Gülən İnstitutu”nun qurucusu Professor İra Kolbi Gülənin “Foreign Poli¬cy” dərgisinin keçirdiyi anketdə “yaşayan ən böyük intellekt” seçilməsini yüksək qiymətlən¬dirdi.

“Foreign Poli¬cy” anketinin nəticəsindən təəccüblənmədiyini deyən rektor İra Kolbi:” Gülən ictimai ədalət və dünya sülhünə verdiyi töhfələr səbəbi ilə “Nobel” sülh mükafatına namizəd göstərilməlidir,”- dedi.

Hyuston Universitetinin rektoru Fəthullah Güləni Türkiyənin Martin Luter Kinqi olaraq qiymətləndirdiyini də söylədi.

Hyuston Universitetinin rektoru İra Kolbi: “Gülən İnstitutu”nu qurarkən, yaşadığımız cəmiyyətin "digərləri" olaraq qələmə verdiyi insanlarla bir araya gəlməyini təmin edən bir mexanizm qurmağı hədəf seçdik. Şagirdlərimizin məzun olanda həyata belə bir fayda verəcəkləri inancını daşıyaraq, institutla müxtəlif iki dünya insanının ortaq anlayış məxrəclərini təsbit etmələrini qarşımıza məqsəd qoyduq. Bu günə qədər fəaliyyətlərimizə möhtərəm Gülənin təlimləri istiqamət verdi. İctimai sülhə istiqamətlənmiş fəaliyyətlərimizdən çox məmnun olan Hyuston Bələdiyyəsi də 21 fevral gününü institutun fəaliyyətə başlanması günü kimi qeyd ediləcəyini elan etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.