İslam dünyasındakı xaosu təhsil könüllüləri aradan qaldıra bilər

İslam dünyasındakı xaosu təhsil könüllüləri aradan qaldıra bilər

Cümhuriyyət Xalq Partiyası (CHP) Məclisinin sabiq üzvü Məhəmməd Çaxmaq (Muhammed Çakmak) dünyaya yayılan Türk təhsil könüllülərinin fəaliyyətlərini “cahanşümul bir yürüş” olaraq xarakterizə edib və bu hərəkatın hazırda İslam dünyasında mövcud xaosu aradan qaldıracağına inandığını söyləyib.

Cümhuriyyət Xalq Partiyasının qrup müşaviri bildirib ki, hər kəsə qucaq açan bu təsəvvürü Türkiyədə geniş yaymaq lazımdır və ancaq bu fonda ictimai problemləri aradan qaldırmaq mümkündür. Çaxmaq: “Yaxın gələcəkdə əgər Türkiyə təkrar İslam dünyasına və Avropaya örnək olmağı düşünürsə, bunu ancaq sevgi və mərhəmətdən güc alan əlaqələri genişləndirməklə bacara bilər.”, - deyib.

Könüllülərin dünyaya təhsil fəaliyyətləri vasitəsi ilə yaymağa çalışdığı bu anlayışın (hər kəsə qucaq açmaq) verdiyi töhfələrlə yaxından tanış olduğunu açıqlayan Çaxmaq bildirib ki: “Həqiqətən Türk insanının böyük, cahanşümul yürüşü var. Bu yürüşün gücü isə könüldür. Bunu ortaya çıxaran yüksək zəka və ağılla yanaşı, özünü başqalarından təcrid etməmə, fərqlilikləri zənginlik sayma kimi anlayışlardır. Yaxın gələcəkdə əgər Türkiyə təkrar İslam dünyasına və Avropaya örnək olmağı düşünürsə, bunu ancaq sevgi və mərhəmətdən güc alan əlaqələri genişləndirməklə bacara bilər. Bizdə bu potensial var. Əgər bunu genişləndirsək, gələcəkdə Türkiyə sevgi və tolerantlığın (xoşgörü)mərkəzinə çevrilə bilər.”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.